Mingəçevirdə budanan ağacları poliqonda deyil, yerində zərərsizləşdirir və xammala çevirirlər
Mingəçevir İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən verilən məlumata görə, şəhərdə payız mövsümünün budanmasına başlanıb və bu dəfə tullantının həcmini 5 dəfədən artıq azaltmaq mümkün olub. Birliyin rəisi Şəhriyar Mustafayev “Mingəçevir işıqları” qəzetinə bildirib ki, yaz və payız budanma mövsümü ərzində şəhərdə təxminən 40 min kub metrə yaxın ağac budanır: “Əvvəlki illərdə budanmadan sonra […]