Browsing category

İqtisadiyyat

Azərbaycanda vergi nəzarəti qaydaları dəyişdirilir

Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə Azərbaycanda bu ildən etibarən “üfüqi monitorinq” mexanizmi tətbiq olunmağa başlanıb. Yeni yanaşma vergi ödəyicilərinə mövcud vergi risklərini əvvəlcədən vergi orqanlarına bildirmək imkanı yaradır. Bu isə səyyar vergi yoxlamalarının yalnız istisna hallarda keçirilməsini nəzərdə tutur. Mövzu ilə bağlı danışan iqtisadçı-deputat Vüqar Bayramov bildirib ki, yeni sistem praktik olaraq səyyar yoxlamaların sayını […]

Mingəçevirlilər və şəhər qonaqları 2026-cı ili hansı məkanlarda qarşılayacaq?

Son illərdə ölkənin bölgələrində də paytaxtda olduğu kimi Yeni il şənliklərinin evdə deyil, kafe və restoranlarda keçirilməsi tendensiyası güclənib. Mingəçevirlilər də bu ənənəyə qoşulur: əksəriyyət bayram gecəsini restoranlarda qeyd etmək niyyətindədir. Bu səbəbdən şəhərin tanınmış istirahət məkanlarında Yeni il hazırlıqları maraqla izlənilir. Şəhərin populyar məkanlarından biri olan “Çinar” restoranı ənənəvi olaraq bayram süfrələrinə ev sahibliyi […]

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığa dövlət dəstəyi genişlənir

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara 2025-ci ilin dekabr ayınadək ümumilikdə 45,6 milyon manat məbləğində güzəştli kredit təqdim edilib. Azərbaycan Biznesinin İnkişafı Fondundan (ABİF) verilən məlumata görə, sahibkarların bank və bank olmayan kredit təşkilatlarından cəlb etdikləri kreditlərin 90 faizədək hissəsinə dövlət zəmanəti təmin olunur. Bununla yanaşı, həmin kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz […]

Noyabr ayı qiymət hesabatı açıqlanıb

Noyabr ayı ərzində qida və qeyri-qida məhsullarının qiymətində baş verən dəyişikliklər açıqlanıb. Ən çox bahalaşan qida məhsullarına qarabaşaq yarması, mal ətindən hazırlanmış konservlər, balıq və balıq məhsulları, süd məhsulları, yumurta, armud, üzüm, qoz, fındıq, şabalıd, xiyar, pomidor, şirin bibər, badımcan, soğan, kartof, qara və yaşıl çay, eləcə də alkoqollu içkilər daxildir. Ən çox ucuzlaşan məhsullar […]

Gələn aydan avtomobillər bahalaşır: İdxal modellərində 20%-lik artım gözlənilir

Avtomobil bazarında qiymət artımı hələlik nisbətən zəif hiss edilsə də, gələn ilin əvvəlindən ciddi bahalaşma gözlənilir. Yanvar–fevral aylarında idxal olunan avtomobillərin qiymətinin təxminən 20 faiz artacağı proqnozlaşdırılır. Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bahalaşmanın əsas səbəbi ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlərin müddətinin başa çatmasıdır. “Güzəştlərin dayandırılması xüsusilə hibrid avtomobillərin qiymətinə birbaşa təsir edəcək”, […]

İcazə və lisenziyalarla bağlı qaydalara dəyişiklik edildi

Baş nazir Əli Əsədov yeni qərar imzalayıb və həmin qərarla bəzi icazələrin verilməsi, dayandırılması, bərpası və ləğvi barədə vergi və gömrük orqanlarına məlumat göndərilməsi qaydaları yenilənib. Dəyişikliklərə əsasən: Sənaye və texnologiyalar parklarının rezidentləri, operatorları və idarəedici şirkətləri, İnvestisiya təşviqi sənədi olan şirkətlər və fərdi sahibkarlar texnika, avadanlıq, qurğu, xammal və material idxal edəndə bunu təsdiqləyən […]

Kreditlər necə qiymətləndirilir? – “FinScore” modeli açıqlanır

Azərbaycanda borcalanların kredit risklərinin müəyyən edilməsində istifadə olunan “FinScore” modeli onların maliyyə davranışlarını dərin şəkildə təhlil edir. Bu barədə Azərbaycan Kredit Bürosunun məhsul sahibi Kamal Mirzəyev Bakıda keçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumunda məlumat verib. Onun sözlərinə görə, “FinScore” borcalanın kredit tarixçəsinin uzunluğu, ümumi ödəniş davranışları, gecikmələr, demoqrafik göstəricilər və digər maliyyə vərdişlərini nəzərə alır. Bununla […]

Qeyri-neft-qaz sektoru

Qeyri-neft-qaz sahəsində fəaliyyət göstərən özəl sektorda hər gün təxminən 200 yeni iş yerinin yaradıldığı bildirilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib. Nazir bildirib ki, 1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək orta təqvim günləri hesabı ilə qeyri-neft-qaz […]

Sosial xərclər prioritet olaraq qalır

Maliyyə naziri Sahil Babayev parlamentin plenar iclasında bildirib ki, 2026-cı ildə dövlət büdcəsinin 41 faizi, cari xərclərin isə 68 faizi sosialyönlü xərclərə yönəldiləcək. Bu məbləğ 17,1 milyard manat təşkil edəcək ki, bu da 2024-cü illə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Nazir qeyd edib ki, ortamüddətli büdcə dövrü ilə müqayisədə sosialyönlü xərclər […]

Gələn il sosial təminat artırılır

2026-cı ildə əhalinin əsas sosial və demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşib. Milli Məclisin müzakirəsinə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, ölkə üzrə yaşayış minimumu 300 manat, əmək qabiliyyətli şəxslər üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat səviyyəsində müəyyən ediləcək. Qeyd edək ki, […]