Browsing category

İqtisadiyyat

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Dünya enerji bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində azalma qeydə alınıb. Son məlumata görə, bir barel neftin dəyəri 12,69 ABŞ dolları və ya 12,32 faiz aşağı düşərək 90,34 ABŞ dollarına enib. Xatırladaq ki, “Azeri Light” neftinin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 ABŞ dolları olub. Bu markalı neftin ən yüksək […]

Qlobal enerji bazarında qiymət artımı

Dünya enerji bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində artım müşahidə olunub. Bir barel Azərbaycan neftinin dəyəri 8,41 ABŞ dolları və ya 8,89 faiz yüksələrək 103,03 ABŞ dollarına çatıb. Xatırladaq ki, “Azeri Light” markalı neftin ən aşağı qiyməti 2020-ci ilin 21 aprel tarixində – 15,81 ABŞ dolları səviyyəsində qeydə alınıb. Bu neftin tarixdə ən yüksək […]

Təbii qazın qiyməti beynəlxalq birjalarda artdı

Nyu-Yorkun “NYMEX” əmtəə birjasında təbii qaz üzrə fyuçerslərin qiyməti artım göstərib. Əmtəə bazarlarında təbii qazın 1 milyon BTU (British thermal unit – Britaniya istilik vahidi) üzrə fyuçers kontraktlarının dəyəri 0,37% yüksələrək 3,1316 ABŞ dollarına çatıb. Eyni zamanda, Niderlandın “Title Transfer Facility” (TTF) qaz ticarət platformasında da qiymətlər artıb. Burada qazın bir meqavat-saatının qiyməti 4,63% bahalaşaraq […]

Dünya bazarında qiymətli metallar bahalaşıb

Nyu-York əmtəə bazarında qiymətli metalların qiymətində artım qeydə alınıb. COMEX birjasında qızılın fyuçers qiyməti 1,12% yüksələrək 5 135 ABŞ dollarına çatıb. Eyni zamanda, gümüşün unsiya üzrə fyuçersləri də bahalaşıb. Belə ki, gümüşün qiyməti 2,82% artaraq 84,50 ABŞ dolları səviyyəsinə yüksəlib. Qiymətli metallarda müşahidə olunan bu artım beynəlxalq bazarlarda investisiya tələbinin güclənməsi ilə əlaqələndirilir.

Neft bazarında artım

Dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin qiymətində artım qeydə alınıb. Son ticarət əməliyyatlarında Azərbaycan neftinin bir barelinin dəyəri 5,61 ABŞ dolları və ya 6,82 faiz bahalaşaraq 87,90 ABŞ dollarına yüksəlib. Qeyd edək ki, “Azeri Light” markalı neftin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci […]

İqtisadi inkişaf göstəriciləri açıqlanıb

Ötən il Azərbaycanda qeyri-neft-qaz sektorunun özəl bölməsindən büdcəyə daxilolmaların payı 76 faizə çatıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda çıxışı zamanı məlumat verib. Nazirin sözlərinə görə, 2021–2025-ci illər ərzində qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik 5,9 faiz real artımı ölkə iqtisadiyyatının genişlənməsinin […]

Geosiyasi risklər qızılı bahalaşdırır

Yaxın Şərqdə, xüsusilə İran ətrafında artan hərbi gərginlik qlobal maliyyə və əmtəə bazarlarında riskləri artırıb. ABŞ və İsrailin İrana endirdiyi zərbələr, eləcə də Tehranın cavab addımları regionda qeyri-müəyyənliyi dərinləşdirib. Bu fonda investorlar riskli alətlərdən uzaqlaşaraq ənənəvi “təhlükəsiz liman” hesab olunan qızıla yönəlirlər. Azərbaycan Zərgərlər Assosiasiyasının sədr müavini, iqtisadçı Rövşən Əmircanovun Modern.az-a açıqlamasına istinadən  bildiririk ki, […]

“Azeri Light” dünya bazarında bahalaşdı

Dünya bazarlarında Azərbaycanın “Azeri Light” markalı xam neftinin qiymətində artım qeydə alınıb. Bir barelin dəyəri 6,85 ABŞ dolları və ya 9,42% yüksələrək 72,78 ABŞ dollarına çatıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 21 aprel 2020-ci ildə 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 dollar səviyyəsində qeydə alınıb.

Neft qiymətlərində artım

Londonun ICE birjasında “Brent” markalı neft üzrə fyuçers müqavilələrinin qiyməti 2,48% yüksələrək 79,66 dollara çatıb. Eyni zamanda, Nyu-Yorkdakı NYMEX əmtəə birjasında WTI markalı xam neftin bir bareli 1,99% bahalaşıb. Beləliklə, WTI nefti 72,64 dollar səviyyəsində alınıb-satılıb.

Valyuta bazarında dəyişiklik: Avro və rubl ucuzlaşdı

Mərkəzi Bankın açıqladığı bu günkü rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının kursu dəyişməyərək 1,7000 manat səviyyəsində qalıb. Türk lirəsi də manat qarşısında sabit qalıb və 100 lirə 3,87 manat təşkil edib. Bununla yanaşı, avronun məzənnəsi 1,9857 manata düşüb. 100 Rusiya rublu isə 2,1942 manatadək ucuzlaşıb.