Minifutbol üzrə Avropa çempionatında Azərbaycan millisinin rəqibləri açıqlandı
Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi baş tutub və Azərbaycan millisi üçün rəqiblər müəyyənləşib. Yığmamız F qrupunda Fransa, İtaliya və Avstriya komandaları ilə mübarizə aparacaq. Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 27 may – 4 iyun tarixlərində Bratislavada keçiriləcək.