Browsing category

Hadisə

“VAZ 2109”-un sürücüsü xəstəxanaya yerləşdirildi

Mingəçevir Şəhər Polis Şöbəsinin qarşısında yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Yüksık sürətlə hərəkətdə olan “BMW” markalı avtomobil “VAZ 2109” markalı minik maşınına çırpılıb. Qəza nəticəsində “VAZ 2109”-un sürücüsü, 1955-ci il təvəllüdlü Rifah Mustafa oğlu Sofiyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.  

Mingəçevirdə ana və iki övladı dəm qazından zəhərlənib

Mingəçevirdə zəhərlənmə hadisəsi qeydə alınıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Nəriman Nərimanov küçəsi, 41 ünvanında baş verib. Ana və iki azyaşlı övladı yaşadığı mənzildə dəm qazından zəhərlənərək halsız duruma düşüb. 1987-ci il təvəllüdlü ana Vəsilə Yusifova, qızı 2013-cü il təvəllüdlü Nərmin Elçin qızı Yusifli və 10-12 yaşlı daha bir qız övladı təcili xəstəxanaya çatdırılıb. Faktla […]

Mingəçevirdə yaşıllıq ərazi yanıb

Mingəçevirdə axşam saatlarında bağlar yaşayış massivində yerləşən ərazidə yanğın baş verib. APA-nın yerli bürosunun məlumatına görə, yanğın Mingəçevirin ən böyük maşın təmiri müəssisəsinə bitişik ərazidə – 150 kv metrilk sahədə baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürmə briqadası cəlb olunub. Alov söndürülüb. Yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb.

Ailədaxili münaqişə zəminində qadın özünü öldürmək istədi

Goranboyda iki uşaq anası intihara cəhd edib. Lent.az-ın məlumatına görə, hadisə Aşağı Ağcakənd qəsəbəsində baş verib. 1996-cı il təvəllüdlü kənd sakini və iki uşaq anası Cəfərova Təranə Fariz qızı çox sayda dərman preparatı içərək intihara cəhd edib. Ağır durumda olan qadın xəstəxanaya yerləşdirilib. İlkin məlumata əsasən, intihara cəhdə ailədaxili münaqişə səbəb olub. Fakta bağlı araşdırma aparılır.

15 yaşlı yeniyetmə suda batıb

Fövqəladə Hallar Nazirliyi Mingəçevirdə kanalda batan şəxslə bağlı məlumat yayıb. Belə ki, FHN-in “112” qaynar telefon xəttinə 11.06.2021-ci il tarixində axşam saatlarında 1 azyaşlının Yuxarı Qarabağ su kanalına (Mingəçevir şəhəri ərazisi) düşməsi barədə məlumat daxil olub. Məlumat qəbul edildikdən dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu kanala düşmüş şəxsin […]

Naftalanda dələduzluq etməkdə şübhəli bilinən şəxs tutulub

Naftalanda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinə bəzi mağaza sahibləri tərəfindən müraciət daxil olub. Müraciət edən şəxslər bir nəfər qadının onların etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə nağd pul və geyim əşyalarını mənimsədiyini bildiriblər. ŞPŞ əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat […]

Taksi sürücüsünün cibini “təmizləyənlər” tapıldı

Şəmkir rayon sakini Anar Verdiyev Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək özünə məxsus “Nissan” markalı avtomobillə taksi kimi fəaliyyət göstərdiyi zaman nəqliyyat vasitəsinə müştəri qismində əyləşən 3 nəfərin onu döyərək 130 manat pulunu apardıqlarını bildirib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən […]

Mingəçevir sakininin kanalın sahilində meyiti tapılıb

Mingəçevirdə Qarabağ kanalının sahilində kişi meyiti tapılıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, meyiti tapılan şəxsin 1982-ci il təvəllüdlü şəhər sakini Məmmədov Elman Elbrus oğlu olduğu müəyyən edilib. Aparılan ilkin araşdırma və məhkəmə tibbi ekspertizası nəticəsində məlum olub ki, Elman Məmmədov narkotik vasitənin artıq dozada qəbulundan ölüb. Faktla bağlı şəhər Prokurorluğunda araşdırma aparılır.

Lisey şagirdi məktəbin ikinci mərtəbəsindən yıxılıb

Mingəçevirdə şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Texniki Humanitar Liseydə baş verib. Liseyin 7-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü Məmmədova Solmaz Telman qızı ehtiyatsızlıq nəticəsində üçmərtəbəli lisey binasının ikinci mərtəbəsindən yerə yıxılıb. Müxtəlif bədən xəsarətləri alan şagird xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Naftalanda avtomobil dərəyə aşıb

Naftalanda avtomobil dərəyə aşıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, şəhərdən Qaşaltı kəndinə gedən yolda idarəetmədən çıxan “Mercedes” markalı avtomobil aşaraq yol kənarındakı dərəyə düşüb. Müxtəlif bədən xəsarətləri alan 1990-cı il təvəllüdlü sürücü Orxan Nuriyev xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.