Browsing category

Hadisə

Meşədə vəhşi heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapıldı

Azərbaycanın Oğuz rayonunda meşədə kişi meyiti aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov, rayonun Tayıflı kənd sakini Əbülfət Ağayevin  meyitinin vəhşi heyvanlar tərəfindən parçalanmış vəziyyətdə tapıldığını təsdiqləyib. Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, ilkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən […]

Oğlum intihar etmədi onu öldürdülər

“Oğlum Səmədov Şəhriyar İqtisad Universitetinin 4-cu kursunda oxuyurdu, Prezident təqaüdçüsü idi. 685 balla bu ali məktəbə daxil olmuşdu. 2019 -cu ildə buraxılış imtahanından maksimum 300 bal toplamışdı. Yaşının az olmasına baxmayaraq, öz istedadı, savadı ilə tanınmışdı. Oktyabrın 6-da gecə saatlarında kirayə yaşadığı mənzildə asılı vəziyyətdə cəsədi tapılmışdı. Asıldığı turnik o qədər də hündürdə deyildi. Əllərini […]

Xəzərin sahilində onlarla suitilərin öldüyü aşkarlandı

Ekologiya Nazirliyinin nümayəndəsi məhv olmuş suitilərin Xəzər dənizinin Qazaxıstan sahillərində tapıldığı barədə məlumat verib. Mütəxəssislər Xəzər suitisinin bu dənizdə yeganə suiti növü olduğunu bildirib. Heyvanların ölüm səbəbini müəyyən etmək üçün onların yarılmasını, həmçinin ərazidən torpaq və su nümunələrinin analizinin aparılmasını planlaşdırıb. Qeyd edək ki,  Qazaxıstan hökuməti 2020-ci ilin noyabrında Xəzər suitilərini nəsli kəsilməkdə olan növlər […]

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İstanbulun mərkəzi İstiqlal küçəsində törədilmiş dəhşətli partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Məktubda deyilir: “İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və […]

Türkiyədəki dəhşətli partlayış 4 can aldı çox sayda insan yaralandı.

Türkiyənin turistlik məkanı sayılan İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində güclü partlayış olub. Baş verən partlayış nəticəsində ölən və yaralananların sayı medyaya açıqlanıb. 4 nəfərin öldüyü 38 nəfərin yaralandığı partlayışın səbəbi məlum olmasada, istintaq çərçivəsində Baş Prokurorluq tərəfindən 5 dövlət ittihamçısı təyin edilib. Qeyd edək ki, rəsmi məlumatlara görə, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.  

Gəncədə ər arvadını kor qoydu sonra intihar etdi

  Gəncə şəhərində dəhşətli hadisə baş verib.  Həyat yoldaşının gözlərini çıxaran ər sonra intihar edib. Ailə münaqişəsi zəminində baş verən hadisədə zərərçəkmiş 40 yaşlı H.Quliyeva gözlərindən bıçaq xəsarətləri alaraq görmə qabiliyyətini itirib. Həyat yoldaşına bıcaq zərbələri endirdikdən sonra cinayətkar intihar edib. Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və […]

Siçan dərmanı iki qardaşın canını aldı

Bakıda Dəhşətli hadisə baş verdi. Ehtiyatsızlıq bir ailənin vaciəsinə səbəb oldu. Azyaşlı qardaşlar siçan dərmanını “jelibon” bilərək yeyib öldülər   Bakının Ramana qəsəbəsində azyaşlı iki qardaş siçan dərmanını jelibon bilərək yeyib. Hadisə baş verən evin qonşuları bildiriblər ki, 5 yaşlı E.Ə. və 3 yaşlı O.Ə. səhvən siçan dərmanını yeyiblər. Hər iki qardaşın halı pisləşib. Qəfil […]

Yevlaxda toyuna hazırlaşan qız qəzada həlak oldu

Daxili İşlər Nazirliyi Yevlax rayonunda bu gün toyu olacaq qızın gözəllik salonuna gedərkən qəza nəticəsində ölməsi barədə məlumat yayıb DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata əsasən, noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımovun idarə etdiyi BMW markalı avtomobil su kanalına aşıb: Nəticədə F.Qasımov sərnişinlər Nuranə Hüseynova, […]

Mingəçevirdə iki avtomobil toqquşdu, maşının biri kanala düşdü

Hadisə  az öncə Mingəçevirin Günəşli yaşayış massivində, birinci paralel küçəsində baş verib.  “KİA” markalı avtomobillə toqquşan “Mersedes”  markalı taksi xidməti göstərən  maşın idarəetməni itirərək lil axını kanalına düşüb. İlkin məlumata görə  yaralı taksı sürücüsü xəstəxanaya qaldırılıb. Taksi kimi fəaliyyət göstərən şəxsin maşınında sərnişin xanım da olub. Aldığımız məlumata görə,  həmin xanımın sabah toyu olacaqdı. Faktla […]

“Kür” OTİM-in qarşısında qəza nəticəsində iki qadın ağır yaralandı

Bu gün, oktyabrın 15-də saat 10 radələrində  “Kür” Olimpiya Tədris İdman Mərkəzinin qarşısında ağır nəticələrə səbəb olan yol qəzası baş verib. Hadisə yerində olan müxbirimizin verdiyi məlumata görə, 99 CB 991 nömrəli KİA markalı nəqliyyat vasitəsi  66 BX 906 nömrəli VAZ markalı maşını, sonra isə yolu keçmək istəyən iki qadını vurub. Hər iki piyada ağır [...]