Yeniyetmələrin törətdiyi quldurluq hadisəsi ifşa edildi
Şəmkirdə ev sahibini hədələyərək pulunu və açarlarını zorla alan yeniyetmələr polis tərəfindən saxlanılıb. Hadisə noyabrın 18-də gecə saatlarında baş verib. İki naməlum şəxs yaşayış evinə daxil olaraq ev sahibini kəsici alətlə qorxudub və ona məxsus pul ilə açarları götürərək ərazidən uzaqlaşıb. DİN-in mətbuat xidmətinin məlumatına görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən […]