Browsing category

Hadisə

Ağaclar aşdı, maşınların hərəkəti çətinləşdi

Hava şəraitinin dəyişməsi Mingəçevirdə bəzi fəsadlar törədib. APA TV-nin yerli bürosunun məlumatına görə, yağışla müşayiət olunan qısamüddətli güclü külək nəticəsində şəhərin müxtəlif ünvanlarında, o cümlədən Vaqif və Müslim Maqomayev küçələrində irigövdəli ağaclar kökündən qopub, bəzi ağaclar qırılaraq təhlükəli vəziyyətə düşüb. Hadisə zamanı aşan ağaclar küçələrdə avtomobillərin hərəkətində müəyyən çətinlik yaratsa da xəsarət alan olmayıb. Təbiət […]

Aşan ağac vaxtında ərazidən götürüldü

Gecə saatlarında Mingəçevirin M.Maqomayev küçəsində kökündən qopub avtomobil yolu tərəfə aşa biləcək irigövdəli cinar ağacı həmin ərazidən gəlib-gedən insanlar və nəqliyyat vasitələri üçün təhlükə yaradırdı. Hadisəni gördüyüm üçün dərhal aidiyyatı qurumlara xəbərdarlıq etdim. Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları hadisə yerinə gələrək, aşan ağacı ərazidən götürüblər. Böyük bir təhlükənin qarşısı xatasız-bəlasız alınıb.

Mingəçevirdə xəstəxananın həyətində avtomobil yandı

Mingəçevirdə avtomobil yanıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib.“Opel” markalı minik avtomobili qəfil alovlanmağa başlayıb. Yanğın hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadası tərəfindən söndürülüb.Hadisə zamanı xəsarət alan olmayıb. Yararsız hala düşən avtomobilin xəstəxanada çalışan həkimlərdən birinə məxsus olduğu bildirilir.

DTX İsmayıllıda əməliyyat keçirdi

Koronovirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir. Dövlətin bu sahədə apardığı işlərə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı da ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir. APA TV xəbər verir […]

Mingəçevirdə 64 yaşlı kişi kanalda boğulub

APA TV-nin yerli bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Afiq Teymuraz oğlu Hacıyevin batması barədə məlumat daxil olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Afiq Hacıyevin meyiti tapılaraq sahilə çıxarılıb və aidiyyəti üzrə […]

Paltaryuyan maşın tüstülədi və mənzil yandı

Mingəçevir şəhər sakini, 1962 ci il təvəllüdlü Rəna Balayevaya məxsus evdə yanğın olub. Hadisə şəhərin  H.Əliyev prospektindəki  4 mərtəbəli binanın 3-cü mərtəbəsində, 11 saylı mənzildə  baş verib. Yanğın yerinə dərhal Mingəçevir Yanğından Mühafizə briqadasının iki maşını və canlı qüvvəsi gəlib və yanğını söndürüb. Hadisənin vanna otağında paltaryuyan maşının tüstülənməsindən törəndiyi bildirilir.

Mingəçevirdə mikroavtobus aşdı, xəsarət alanlar var

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin “Qələbə” meydanı ərazisində qeydə alınıb. “Hunday Elantra” markalı maşın 7 saylı xətt üzrə hərəkət edən mikroavtobusla toqquşub. Toqquşmanın təsirindən mikroavtobus aşıb. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Məlumata görə, qəza nəticəsində 1960-cı il təvəllüdlü Qorçiyeva Lamiyə Aydan qızı, 2004-cü il təvəllüdlü Məmmədova Aydan Elsəvər qızı  və 1996-cı […]

Günəşli yaşayış massivində iki otaqlı yaşayış evi yandı

Mingəçevirdə yaşayış evi yanıb. Hadisə bu gün, noyabrın 24-də şəhərin Günəşli yaşayış massivində qeydə alınıb. Belə ki, həmin massivin 17-ci döngəsində yerləşən fərdi təsərrüfatda iki otaqlı yaşayış evi güclü yanğına məruz qalıb. Nəticədə iki otaqlı yaşayış evi  əşyaları ilə birgə yanıb. Köməkçi tikililər də güclü yanğının təsirindən yararsız hala  düşüb. FHN-nin hadisə yerinə gələn iki […]

“Opel” markalı minik maşını 8 saylı marşrutun avtobusuna çırpılıb

Dünən axşam saatlarında  Mingəçevir şəhərinin Təbriz küçəsində yol-nəqliyyat hadisəsi baş verib. “Opel” markalı minik maşını dayanıqlı vəziyyətdə olan 8 saylı şəhərarası marşrut xəttinin avtobusuna çırpılıb. İlkin məlumata görə, avtobusda sərnişinlər olmasa da, hadisə nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb. Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı minik maşınının 55 yaşlı sürücüsü Məmmədov Vəli […]

Mingəçevirdə 29 yaşlı gənc narkomaniyanın qurbanına çevrildi

Mingəçevirin H.Əliyev prospektindəki 2 saylı ünvanda yaşayan 29 yaşlı  Sərxan Novruz oğlu gecə saat 4 radələrində yüksək dozada narkotik maddə qəbul edib. Onu ağır vəziyyətdə xəstəxanaya çatdırsalar da, xilas etmək mümkün olmayıb. Şahidlərin dediyinə görə, dünyasını dəyişən bu gənc mütamadi olaraq narkotik maddələr qəbul edirmiş.