Browsing category

Hadisə

Elman Rüstəmov həm oğurluq etməkdə, həm də narkotik vasitə daşımaqda ittiham olunur

Mingəçevir Şəhər Polis Şöbəsinə daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı şəxslərə məxsus “VAZ-21011” və “VAZ- 2102” markalı avtomobilləri qaçırmaqda, bir avtomobildən noutbuk, təmir alətləri çantası  və 6 nəfərə məxsus həyətyanı sahədən velosiped oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə […]

Goranboyun dağ kəndlərinə dolu yağıb

Təbiət hadisəsi Goranboy rayonunun Todan,  Mənəşli kəndlərinə ciddi ziyan vurub. İri buz parçaları Todan kəndində taxıl, kartof və meyvə bağlarını yararsız hala salıb. Kənd sakinləri bildirdiklərinə görə, əvvəl yağış, ardından dolu yağıb. Dolu qısa müddətli olduğundan evlərin dam örtüklərinə ziyan vurmayıb. Hazırda rayon ərazisində yağmurlu hava müşahidə edilməkdədi.

Dilənçilər repetitor yanında olan uşaqların ayaqqablarını oğurlayıb

Mingəçevirdə bu gün səhər saatlarında M.Maqomayev küçəsində 5 mərtəbəli binanın beşinci mərtəbəsində yuxarı sinif  şagirdlərinin ayaqqabıları oğurlanıb. Onlar qapıda ayaqqabılarını soyunduqdan sonra repetitorun mənzilinə daxil olublar və məşğələ bitdikdən sonra evə getmək istəyəndə ayaqqabılarını tapmayıblar. Qonşuların dediyinə görə, bir az əvvəl bir neçə dilənçi həmin binaya dilənmək üçün gəlib və qapıları döyüb. Səsə -küyə çıxan […]

Goranboyda çay evində müştərini it dişləyib

Goranboy şəhərinin çay evlərindən birində ovçarka cinsli it müştərilərdən birinə hücum edib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, it müştərinin əl-ayaq nahiyəsinə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona lazımi tibbi yardım göstərilib.

Azyaşlı uşaqlar tut yeyərkən kişi meyiti aşkarlayıbar

Mingəçevirin H.Əliyev prospektindəki Yeni köçkün qəsəbəsində, 4 saylı binada  yaşayan Vüqar Nəbiyevin meytini  tut yeyən azyaşlı uşaqlar  aşkarlayıblar. Hadisə may ayının 26-da axşam 18 radələrində şəhər avtovağzalının həyətindəki köhnə tikilinin yaxınlığında baş verib. Ağdam rayonundan məcburi köçkün olan 3 uşaq atasının 44 yaşı vardı. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar. Hələ ki, hadisənin necə törənməsinin […]

Məktəbin həyətində küləyə tab gətirməyən ağaclar aşdı

Mingəçevirdəki 12 saylı məktəbin həyətində bir neçə iri gövdəli ağac küləyə tap gətirməyərək aşıb. Xoşbəxtlikdən həmin anlarda orada heç kim olmayıb. Çünki mövcud ərazidə uşaqların həmişə oynadıqlarının şahidi oluruq. Hadisə zamanı xəsarət alan olmasa da sakinlər məktəbin həyətində təhlükə yaradan ağacların çox olduğunu bildirirlər.

Mingəçevirdə baş verən avtoqəzada 13 deyil, 17 nəfərin xəsarət alması ilə bağlı yeni məlumat üzə çıxdı

Xəbər verdiyimiz kimi, mayın 24-də Mingəçevirdə “Opel” markalı minik avtomobilinin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb. 4 nəfər stasionar müalicəyə götürülüb, 9 nəfər isə ambulator yardımdan sonra evə evə buraxılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Polis İdarəsində Cinayət […]

Mingəçevirdə avtomobil sürməyi öyrənən şəxs 13 nəfərə xəsarət yetirib

Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb.  APA TV-nin xəbərinə görə, hadisə Mingəçevir şəhərində Şəfa bağlar yaşayış massivində 4-cü küçədə baş verib. Hərəkətdə olan Opel markalı minik maşını idarəetmədən çıxaraq, küçədə Ramazan bayramını qeyd edən əksəriyyəti uşaqlar olan sakinləri vurub. Zərərçəkənlərin yaxınlarının sözlərinə görə, qəzanı avtomobil sürməyi öyrənən qadın sürücü […]

Mingəçevirdə qadın əri tərəfindən bıçaqlanıb

Mingəçevirdə 37 yaşlı qadın bıçaqlanıb. Bu barədə APA-nın Mingəçevir bürosu məlumat yayıb. Hadisə Koroğlu küçəsi 26 ünvanında baş verib. 1983-cü il təvəllüdlü şəhər sakini İsayeva Fərqanə Tahir qızı əri tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, beş bıçaq zərbəsi alan İki uşaq anasının həyatını qurtarmaq mümkün olmayıb. Faktla bağlı […]

Mingəçevirdə iş adamının evinə basqın edilib

Mingəçevirdə oğurluq üçün evə soxulan şəxslər ev sahiblərinə ağır xəsarət yetiriblər. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Puşkin küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evində baş verib. Evə oğurluq məqsədilə girən qarətçilər 1952-ci il təvəllüdlü ev sahibi Məhəmməd Allahverdiyevə və 1960-cı il təvəllüdlü Rəna Allahverdiyevaya dəmir alətlərlə ağır xəsarət yetirib. Hər iki yaralı […]