Browsing category

Hadisə

Yevlağın kəndini sel basıb

Yevlağın Əkşəm kəndini sel basıb. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, səhər saatlarından etibarən Əkşəm kəndinə yağan aramsız yağış fəsadlar yaradıb. Gülövşə- Əkşəm su kanalı, eləcə də kəndin daxili su arxının daşması selə yol açıb. Kənd arası yolları, həyətləri, məktəbi və digər təsərrüfatları su basıb. Sel kənd sakini Duman İsmayılovun həyətyanı daş hasarının bir hissəsini […]

Mingəçevirdə qanunsuz balıq ovuna qarşı reyd keçirildi

Su polisi Mingəçevir su anbarı ərazisində qanunsuz balıq ovu üçün nəzərdə tutulan sintetik torlar aşkar edib. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsi əməkdaşları Mingəçevir Su Anbarı hövzəsində qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə reyd keçirib. “Xanabad körfəzi”ndə və “Ayı buxtası”nda aparılan reyd zamanı qanunsuz balıq ovu üçün […]

Mingəçevir sakinindən 30 kq-dan çox narkotik götürülüb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirilib. Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Xəbərə görə, polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Rayiv Nəzərov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evdən və […]

Yevlaxda iki qardaşdan biri Kürdə boğuldu, digəri xilas edildi

Yevlax şəhəri ərazisində – Mirvari kafesi yaxınlığında çayda iki qardaş batma təhlükəsi ilə üzləşib.  APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Şəhriyar Cəfərov sudan çıxarılaraq xilas edilib. Onun böyük qardaşı 1986-cı il təvəllüdlü Cəfər Cəfərov isə çayda batıb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu […]

Goranboyda qadın aldığı güllə yarasından ölüb

Goranboyda 37 yaşlı qadın öldürülüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goran Dəmiryolu stansiyasının yaxınlığında baş verib. 1983-cü il təvəllüdlü Kəlbəcər rayon sakini Gülbuta İmanova sinəsindən aldığı güllə yarasından keçinib. İlkin məlumata görə, hadisə ailənin keçmiş yaxın dostlarından biri tərəfindən törədilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi polis nəzarətinə götürüldü

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, məlum olub ki, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yaqub Rəhimov ev şəraitində müalicə alsa da, ancaq o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. […]

Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü 3000 manat cərimələndi

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, sürücü Rəşad Əliyev sərnişinlərin hər birindən on beş manat almaqla idarə etdiyi “Mercedes”markalı mikroavtobusla onları Bakı şəhərinə aparacağına söz verib. […]

Naftalanda ağır qəza olub

Naftalanda ölümlə nəticələnən ağır qəza olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, VAZ markalı maşınlar toqquşub, nəticədə biri qadın olmaqla 3 nəfər ölüb.  4 ağır yaralıdan biri Goranboy, 3-ü isə Gəncə şəhər xəstəxanasına yerləşdirilib.

Yevlaxda motoroller aşıb, sürücü xəsarət alıb

Yevlaxda baş vermiş yol qəzası zamanı motoroller aşıb.APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Salahlı kəndi yaxınlığında baş verib. İdarəetmədən çıxan “Muravey” markalı motorollerin aşması nəticəsində müxtəlif bədən xəsarətlər alan 1990-cı il təvəllüdlü Aran qəsəbəsi sakini Əliyev Füzuli Nemət oğlu xəstəxanaya yerləşdirilib.