Browsing category

Hadisə

Yevlaxda oğurluq edən qrup üzvləri saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində noyabr ayında şirkətə məxsus təmir-tikinti alət və avadanlıqları oğurlayan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, noyabrın 18-də Yevlax RPŞ-yə “Kaskad Hidro” şirkətinə məxsus 6000 manat dəyərində təmir-tikinti alət və avadanlıqlarının oğurlanması barədə məlumat verilib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən […]

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan bildirilib. Verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Safıkürd kənd sakini Kəniş Həsənov və Boluslu kənd sakini Kamil Əliyev ev şəraitində müalicə […]

Goranboyda baş vermiş avtoqəza zamanı bir nəfər xəsarət alıb

Goranboy rayonunda yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboy-Zeyvə yolunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Zeyvə kənd sakini Rzayev Şahlar Şahmar oğlu müxtəlif bədən xəsarətləri alıb. Ətrafdakıların köməyi ilə yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

İzmirdə 6,6 bal gücündə zəlzələ baş verib

Bu gün Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib. Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İzmirin Bornova və Bayraklı rayonlarında zəlzələ nəticəsində 6 binanın […]

Yevlaxda velosipedçini avtomobil vurub

Yevlaxda avtomobil velosipedçini vuraraq ağır xəsarət yetirib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Xaldan-Xanabad avtomobil yolunun Xanabad kəndi istiqamətində baş verib. Ağır xəsarət olan velosipedçi, 1956-cı il təvəllüdlü rayon sakini Məmmədov İlham Hümbət oğlu ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Komatoz vəziyyətdə olan yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə bazar yaxınlığında minik maşını yanıb

Mingəçevir şəhərinin Aydın Məmmədov küçəsində yerləşən Əşya bazarının yaxınlığında “Hyundai” markalı minik maşını yanıb.  APA-nın Mingəçevir bürosunun məlumatına görə, yanğın maşının mühərrikində başlayıb. İlkin məlumata görə, yanğına səbəb mühərrikdəki nasazlıq olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə bölməsinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, maşının digər hissələri yanğından mühafizə olunub.

İki qonşu arasında mübahisə bıçaqlanma ilə nəticələndi

Mingəçevirdə qadın yaşlı kişini bıçaqlayıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Gəncə şosesində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Dəmir Beton Məmulatları zavodunun həyətində baş verib. Mübahisə zamanı 1938-ci il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlu qonşu qadın tərəfindən döş qəfəsindən bıçaqlanıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən qadın Ağdam rayon sakini Məmmədova Tünzalə Telman qızıdır. Yaralı […]

Mingəçevirdə 8 yaşlı qızın bədəninə kürək nahiyəsindən dəmir batıb

Mingəçevirdə 8 yaşlı qızın bədəninə dəmir batıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə bağlar yaşayış massivində baş verib.  Yaşadığı ərazidə naməlum şəraitdə yıxılan 2013-cü il təvəllüdlü şəhər sakini Zabitova Zəhra Heydər qızının kürək nahiyəsinə iri dəmir batıb və ona ağır xəsarət yetirib. Dəmir azyaşlının digər orqanlarını da zədələyib. Yaralı dərhal əməliyyata alınıb. Faktla bağlı araşdırma aparılır.

“VAZ 2107” və “VAZ 2109” markalı minik maşınları toqquşdu

Mingəçevirdə yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə dünın axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ 2107” və “VAZ 2109” markalı minik maşınlarının toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “VAZ 2109”-un sürücüsü 1992-ci il təvəllüdlü şəhər sakini Nağıbəyli Cəlil Namiq oğlu və avtomobildə olan sərnişin – 1990-cı il təvəllüdlü Sabirabad […]

Mingəçevirdə iri və yaşlı qovaq ağacı dəmir işıqlanma dirəyinə çırpılaraq onu də yerə yıxıb

Mingəçevirdə iri qovaq ağacı yola aşıb.  APA-TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Mingəçevirin girişində baş verib. Gözlənilmədən yola aşan iri və yaşlı qovaq ağacı dəmir işıqlanma dirəyinə çırpılaraq onu də yerə yıxıb. Baş verən hadisə şəhərin əsas və ona bitişik giriş küçəsində nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Hadisə yerinə aidiyyəti […]