Browsing category

Hadisə

Mingəçevirdə avtomobilin vurduğu piyada xəsarət alıb

Mingəçevirdə piyadanı avtomobil vurub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib. Minik maşını yolu keçmək istəyən 1958-ci il təvəllüdlü piyada Əliyeva Rəna Əlisab qızını vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı qadın ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Burada ilkin tibbi yardım göstərilən qadın daha sonra Gəncədəki klinikaların birinə göndərilib.

Mingəçevirdə minik maşını dirəyə çırpılıb, bir nəfər xəsarət alıb

Mingəçevir şəhərinin Heydər Əliyev prospektində – Yüksək Texnologiyalar Parkı ilə Avtovağzal yolunda yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, idarəetmədən çıxan “VAZ”  markalı avtomobil işıq dirəyinə çırpılıb. Avtomobil sonra yaşıllıq zolağa girərək iki ağacı yararsız vəziyyətə salıb. Qəza nəticəsində sərnişin, 2002-ci il təvəllüdlü Hüseynov Fuad Niyam oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı […]

Mingəçevirdə dəm qazdan zəhərlənmə hadisəsi baş verib

Mingəçevirin Bağlar yaşayış massivi, “14-cü küçə” ünvanında dəm qazdan boğulma hadisəsi qeydə alınıb. APA -nın yerli bürosunun məlumatına görə, şəhər sakini, 1966-cı il təvəllüdlü Abbasov İlqar Ağasəf  oğlu yaşadığı ünvanda dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Anar Əliyevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk […]

Mingəçevirdə avtomobil qaz borusuna çırpılıb

Mingəçevirdə minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Samux küçəsində baş verib.1990-cı il təvəllüdlü sürücü Əzimli Sahil Nüsrət oğlunun idarə etdiyi “BMW” markalı minik maşını yol kənarındakı maneələrə, o cümlədən qaz borusuna çırpılıb. Qəza zamanı xəsarət alan sürücüyə hadisə yerində tibbi yardım göstərilib. İlkin məlumata görə, […]

Mingəçevir şəhərində ağır yol qəzası baş verib

Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Naxçıvan küçəsində qeydə alınıb. Energetik yaşayış massivindən şəhər mərkəzi istiqamətində hərəkət edən “Opel” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb və aşaraq yaxınlıqdakı yaşayış evinin divarına dəyib. Qəza zamanı sürücü və iki sərnişin xəsarət alıb. Hər üç yaralı xəstəxanaya […]

Ananı oğlu qətlə yetirib?

Bu gün, yanvarın 1-də Mingəçevir şəhərinin  Nizami küçəsində, 13 saylı evin 5-ci mənzilində 1948-ci il təvəllüdlü Əhmədova Afaq İbiş qızı qətllə yetirilib. Onun ruhi xəstə olan oğlu tərəfindən öldürüldüyü iddia olunur. Qadının səsinə gələn qonşuların dediyinə görə, 1981-ci il təvəllüdlü İslam Əhmədov 5 çəkic zərbəsi ilə yaşlı anasını vurub. Afaq xanım bir müddət idi ki, […]

Mingəçevirdə avtomobil ana və iki övladını vurub

Mingəçevirdə avtomobil Bakı sakini olan ana və iki övladını vurub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında M.Maqomayev küçəsində baş verib. Anidən önünə çıxan avtomobillə toqquşmadan yayınmaq istəyən minik maşını Bakı sakini olan ana və iki azyaşlı övladını vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Ətrafdakıların köməkliyi ilə 1987-ci il təvəllüdlü Abdullayeva Samirə Elman qızı, onun […]

“Samux vadisi”nə gələnlər polis şöbəsinə aparıldılar

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Samux vadisi” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, obyektə baxış zamanı icarədar və müştərilərin karantin qaydalarını pozduqları müəyyən edilib. Həmin şəxslər-kafeni icarə əsasında işlədən Mingəçevir şəhər sakini  Fuad […]