Browsing category

Hadisə

Mincəçevirdə 10-cu sinif şagirdi itkin düşüb

Mingəçevirdə 10-cu sinif şagirdi itkin düşüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, dünən günorta saatlarında Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Abbasov Ruslan Məhərrəm oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Hadisə ilə bağlı Rayon Polis Şöbəsinə məlumat verilib. R. Abbasovun atası Məhərrəm Abbasovun verdiyi məlumata gör, oğlu dünən M.Ə.Sabir […]

Mingəçevirdə bir gündə 4 avtomobil qaçıran keçmiş məhkum saxlanılıb

Mingəçevirdə üç “VAZ 2106” markalı avtomobilin naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırıldığı barədə Polis Şöbəsinə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri əməliyyat-istintaq  tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də bir neçə dəfə məhkum olunmuş, Mingəçevir şəhər sakini Ceyhun Nəsirov tutularaq […]

Yevlaxda yol qəzasında 2 nəfər ölüb

Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunda, Bərdə postuna yaxın ərazidə qeydə alınıb. Bərdə istiqamətdən hərəkətdə olan “VAZ 2106” markalı avtomaşın “Great Wall” markalı digər minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2106”-da olan iki nəfər hadisə yerində dünyasını dəyişib. Digər avtomobildə olan qadın, bir uşaq […]

Goranboyda nənə və nəvə qazdan zəhərlənib

Goranboy rayonunda iki nəfər dəm qazından zəhərlənib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Balakürd kəndində baş verib. 1958-ci il təvəllüdlü kənd sakini Kazımova Nailə Süleyman qızı və onun 2013-cü il təvəllüdlü nəvəsi Hüseynova Mələk Hüseyn qızı yaşadıqları evdə dəm qazından zəhərlənib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Məlumata görə, zəhərlənməyə evdə düzgün quraşdırılmamış qaz sobası […]

Mingəçevirdə karantin qaydalarını pozan idman zalı aşkarlanıb

Mingəçevir şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən idman zalı aşkar olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə,  Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 20 Yanvar küçəsində yerləşən “Herakl” idman zalının işlədiyi və içəridə müştərilərin olduğu müəyyən edilib. İcarədar, Yevlax rayon sakini Natiq İsmayılov xüsusi karantin rejimi […]

Mingəçevirdə avtomobil yanıb

Ağdaş sakininə məxsus “Opel” markalı maşın yanıb.  APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Mingəçevir Xəstəxanasının həyətində qeydə alınıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb.

Mingəçevirdə qadın özünü Kürə atıb

Mingəçevirdə intihara cəhd olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, Ağdaş sakini, 1992-ci il təvəllüdlü Ə.L. özünü körpüdən Kür çayına atıb. Ətrafdakı insanların köməyi ilə qadın xilas edilərək xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə kütləvi dava olub, 3 nəfər bıçaqlanıb

Mingəçevirdə kütləvi dava olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, bir qrup şəxs arasında düşən davada 3 nəfər bıçaqlanıb. Bıçaq xəsarətləri alan – 1986-cı il təvəllüdlü İbişov Çingiz İsmayıl oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Ramin Əliheydər oğlu və 1980-ci il təvəllüdlü Əmirov Elçin Aydın oğlu xəstəxanaya yerləşdiriliblər. Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə müştərilərə qəlyan verən çay evi cərimələnib

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərar və göstərişlərin icrası ilə əlaqədar polis əməkdaşları tərəfindən nəzarət tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Arena” çay evində karantin qaydalarının […]

Mingəçevirdə heroin satan ana və oğlu saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən ana və oğlu saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə,  daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakinləri Arzu Əliyeva və oğlu, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə […]