Browsing category

Hadisə

Yevlaxda keçmiş məhkumlardan narkotik və silah götürülüb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini Hüseyn Mustafayev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı 1 bükümdə heroin aşkar olunaraq götürülüb. Mustafayevin ətrafında […]

Mingəçevirdə kişi özünü Kürə atıb

Martın 22-də Mingəçevirdə intihara cəhd olub. APA-nın yerli bürosunun məlumatına görə, bu, 1954-cü il təvəllüdlü şəhər sakini Bayramov Qəzənfər Əlləz oğludur. Q. Bayramov xəstəxanada həkim nəzarəti altındadır. Qeyd edək ki, batmaqda olan kişini iki gəzinti qayığını idarə edən şəxslərin çevik müdaxiləsi nəticəsində xilas etmək mümkün olub. Qayıqçılar Qardaşəli İmanov və Fərid Əkbərovun birgə səyi nəticəsində Q. Bayramov […]

Yevlaxda maşın kanala aşıb, xəsarət alanlar var

Yevlaxda yol qəzası olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Salahlı kəndi istiqamətində baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri idarəetmədən çıxaraq yol kənarındakı kanala düşüb. Hadisə nəticəsində 4 nəfər -1992-ci il təvəllüdlü Məmmədli Vüsal Nəbi oğlu, 1981-ci il təvəllüdlü Cabbarova Səadət Siyavuş qızı, 2003-cü il təvəllüdlü Cabbarova Sənəm və 2004-cü […]

Mingəçevirə qar yağdı, ağaclar yollara aşdı

Qarlı hava Mingəçevirdə fəsadlara yol açıb.APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, gecədən səhərə qədər yağan güclü qar çoxsaylı problemlər yaradıb. Belə ki, şəhərin İslam İslamzadə, Nəriman Nərimanov küçələrində, eləcə də, Aydın Məmmədov küçəsi ilə 20 yanvar küçələrinin kəsişməsində iri gövdəli ağaclar qoparaq nəqliyyat yoluna və piyadalar üçün nəzərdə tutulmuş səkilərə düşüb. Nəticədə nəqliyyatın hərəkətində ciddi problemlər […]

Yevlaxda avtomobil sürüşərək arxa düşüb

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, Hacıselli-Xaldan avtomobil yolunda “Toyota” markalı minik maşını sürüşərək yoldan çıxıb və su arxına  düşüb. Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da avtomobilə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Günəşli massivində toqquşan avtomobillər yoldan çıxaraq məktəbin hasarına çırpılıb

Mingəçevirin Günəşli yaşayış massivində “Mersedes” markalı maşın “VAZ 2106” markalı avtomobillə toqquşub. Zərbənin gücündən hər iki avtomobil idarəetməni itirib, yoldan çıxaraq 20 saylı orta məktəbin  dəmir hasarına çırpılıb. Mi-news.az-ın  məlumatına görə,  “VAZ 2106” markalı avtomobillə taksi xidməti göstərən 1988-ci il təvəllüdlü sürücü Yusifov Müzəffər Akif oğlu hadisə zamanı müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. […]

Yevlaxda dövlət əmlakını oğurlayan şəxslər tutulub

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Yevlax Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Azərbaycan Dəmiryolları QSC-yə məxsus yüksək gərginlikli elektrik keçiricilərini (drossel tağlarını) oğurlayan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, mart ayının 10-da daxil olmuş məlumat əsasında Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata […]

Yevlax sakinindən tapança götürülüb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum edilmiş Bayram Qurbanov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 […]

Mingəçevirdə təcili yardım maşını qəzaya düşüb

Mingəçevirdə çağırışa gedən təcili yardım maşını qəzaya düşüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bağlar yaşayış massivi 8-ci döngədə baş verib. “Vaz 2106” markalı minik avtomobili ilə İlqar Sadıxovun idarə etdiyi təcili yardım maşınını toqquşub.  Hər iki avtomobilə ciddi ziyan dəyib, ambulans yarasız vəziyyətə düşüb. Qəza zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə yaşayış binasında yanğın olub

Mingəçevirdə yaşayış binasında yanğın qeydə alınıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında N.Nərimanov küçəsində yerləşən 8 saylı binanın 3-cü mərtəbəsində baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən  lokallaşdırılıb. Xəsarət alan yoxdur.