Ağdam sakini toyuq dərmanından zəhərlənib
Ağdam sakini ev quşları üçün nəzərdə tutulmuş dərmandan zəhərlənib. 2002-ci il təvəllüdlü Elnarə Bədəlova Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Qadının vəziyyəti ağırdır. İlkin məlumata görə, zəhərlənmə ehtiyatsızlıq nəticəsində baş verib.