Browsing category

Hadisə

Sirkə turşusu içən Mingəçevir sakini xəstəxanada ölüb

Sirkə turşusu içərək intihara cəhd edən Mingəçevir sakini paytaxt klinikalarından birində ölüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1960-cı il təvəllüdlü Həsənova Gülhəyət Həsən qızının həyatını qurtarmaq mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq, o, Bakıdakı klinikalardan birində keçinib. Faktla bağlı araşdırma aparılır.

Üç gün əvvəl sirkə turşusundan zəhərlənən Ağdaş sakini xəstəxanada ölüb

Martın 31-də sirkə turşusundan zəhərlənərək Mingəçevir şəhər xəstəxanasına yerləşdirilən 1966-cı il təvəllüdlü Ağdaş rayon sakini İbrahimov Xaləddin Məhəmməd oğlunun həyatını xilas etmək mümkün olmayıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, həkimlərin cəhdlərinə baxmayaraq, X.İbrahimov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Yevlaxda şəhid  oğlunun həsrətinə dözə bilməyən ana özünü asıb

Hadisə Marzılı kəndində baş verib. Son Vətən müharibəsində oğlu  Əvəzi itirən kənd sakini Gülnaz Paşayeva övladının həsrətinə dözməyərək, yaşadığı həyətin tövləsində özünü asıb. Orta yaşlı şəhid anasının bir qız övladı da var. Kənd sakinlərinin sözlərinə görə, Gülnaz xanım daim oğlu Əvəzin adını çəkir, onsuz yaşaya bilməyəcəyini deyirmiş. Ananın intihar etdiyi tövlə yenidir və məhz şəıhid […]

Mingəçevirdə hamamda meyit tapılıb

Mingəçevir şəhərində hamamda meyit tapılıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Təbriz küçəsi 15, mənzil 22-də qeydə alınıb. Belə ki, şəhər sakini, 1980-ci il təvəllüdlü Baxşəliyev Vüqar Əli oğlu hamamda ölüb. Onun dəm qazından dünyasını dəyişdiyi ehtimal edilir. Faktla bağlı Mihgəçevir şəhər prokurorluğu tərəfindən araşdırma başlanıb.

Bakı sakini Naftalanda sanatoriyada ölüb

Bakı sakini Naftalanda sanatoriyada ölüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu gün saat 8.30 radələrində şəhərdəki “Gözəl” sanatoriya kompleksində qeydə alınıb. 1958-ci il təvəllüdlü Bakı sakini Mirhəsən Mirhaltay oğlu Yusifov qəflətən otağında vəfat edib. Onun ürək tutmasından öldüyü ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Yevlaxda üç uşaq atası intihar edib

Hadisə rayonun Əkşəm kəndində baş verib. Altmış yaşlı kənd sakini Abdullayev Qeysər Abdulla oğlu naməlum səbəbdən yaşadığı evin həyətində özünü asıb. İntihar edən şəxs üç qız atasıdır. Faktla bağlı rayon Prokurorluğu araşdırma aparır.

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qazançı kənd sakini Saqif Atayevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib. Daxili İşlər Nazirliyinin  mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə,  polis əməkdaşları dərhal onun rayon […]

Mingəçevirdə xəstəxanaya müayinəyə gələn şəxs orada ölüb

Mingəçevirdə xəstəxanaya müayinəyə gələn şəxs orada ölüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb. Xəstəxanaya müayinəyə gələn, şəhər sakini, 1965-ci il təvəllüdlü Abbasov Yaqub Əbil oğlu qəfildən dünyasını dəyişib.   Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə qadın dəm qazından boğulub

Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb.APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Aydın Məmmədov küçəsi 8/5 ünvanında yerləşən mənzillərdən birində qeydə alınıb. Orada yaşayan, 1987-ci il təvəllüdlü Bayramzadə Əfsanə İlyas qızı hamamda dəm qazından boğularaq ölüb. Faktla bağlı şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mingəçevirdə mikroavtobus piyadanı vurub

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Müslüm Maqomayev küçəsində baş verib. “Ford” markalı yük daşıyan mikroavtobus yolu keçmək istəyən, şəhər sakini 1977-ci il təvəllüdlü  Məmmədova Zemfira Məmməd qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.