Browsing category

Hadisə

Yevlaxda minik maşını aşdı, sürücü…

Yevlaxda minik maşını aşıb. Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində köhnə nəqliyyat körpüsü yaxınlığında baş verib. 31 yaşlı Hüseynov Mətləb Haqverdi oğlunun idarə etdiyi “Priora” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.

Yevlaxda avtomobil 11 yaşlı qızı vuraraq öldürüb

Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhərində 7 saylı tam orta məktəbin yaxınlığında baş verib. “VAZ” markalı avtomobil 2009-cu il təvəllüdlü şəhər sakini Şahverdili Zəhra Elbrus qızını vuraraq öldürüb.

Goranboyda azyaşlını it dişləyib

Goranboyda 6 yaşlı uşağı it dişləyib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində baş verib. 2015-ci il təvəllüdlü qəsəbə sakini Məmmədov Yusif Teymur oğlu itin hücumuna məruz qalıb. Çoxsaylı dişlək xəsarətləri ilə xəstəxanaya çatdırılan yaralı uşağın vəziyyəti hazırda görülən tibbi yardım sayəsində stabilləşib. Daha sonra o, ambulator müalicə üçün evə buraxılıb.

Sumqayıt sakini Mingəçevirdə özünü su anbarına atıb

Sumqayıt sakini Mingəçevirdə intihara cəhd edib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Mingəçevir Su Anbarı ərazisindəki çimərlikdə baş verib. 1981-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İsayev Fəxrəddin İsa oğlu özünə qəsd məqsədilə özünü su anbarına atıb. Sahildə olan FHN dalğıc xilasetmə qrupunun sayıqlığı nəticəsində intiharın qarşısı alınaraq özünü öldürmək istəyən şəxs sahilə çıxarılıb. Daha sonra həmin […]

Mingəçevirdə avtomobil aşıb, xəsarət alanlar var

Mingəçevirdə yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Energetik yaşayış massivində, İncilli yolu adlanan istiqamətdə qeydə alınıb. İdarəetmədən çıxan “Hyundai” markalı minik maşını aşıb. Qəza nəticəsində avtomaşında olan 1999-cu il təvəllüdlü Abdullayev İsmixan Sadiq oğlu və 2002-ci il təvəllüdlü Abbaszadə Emil Asif oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı […]

Mingəçevirdə usta işlədiyi evdə qəfildən dünyasını dəyişib

Mingəçevir şəhərində usta işlədiyi həyətdə ölüb.  APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə balıq zavodu yaxınlığındakı fərdi təsərrüfatlardan birində baş verib. Həmin ünvandakı tikilidə usta kimi çalışan 1959-cu il təvəllüdlü şəhər sakini Məhyəddinov Gülağa Gülməmməd oğlu iş başında qəfil keçinib. Əldə edilən məlumata görə, mərhum ürək xəstəliyindən əziyyət çəkirmiş.

Son istəyin nədir? “Su icmək istəyirəm”

Sosial şəbəkələrə ötürülən bu şəkil gizli çəkilib. Edam səhnəsidir. Bir azdan edam olunacaq, boynuna kəndir keçirilmiş gənc əlindəki su qabını ləzzətlə başına çəkir. Onun son arzusu yerinə yetirilib. Cəlladlar “humanistcəsinə davranaraq  şair, ictimai fəal Ramin Hüseynə sual veriblər: “Son istəyin nədir?”. Ramin deməyib ki, bəsdir insan haqlarını pozdunuz, ölkəni taladınız, qanunsuzluqlara göz yumdunuz, bunları yığışdırın. […]

Mingəçevirdə intihara cəhdin qarşısı alınıb

Mingəçevirdə çimərlik yolu üzərindəki fərdi təsərrüfatlardan birində intihara cəhd hadisəsi baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Abdullayeva Aişən Nazim qızı ailə münaqişəsi zəminində özünü yaşadığı evin həyətində asaraq öldürməyə cəhd edib. Hadisədən tez xəbər tutan yaxınları onu həmin an ölümdən qurtarıb. Qadın xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə aptek işçisinin mobil telefonunu əlindən alan şəxs tutulub

Mingəçevir sakininə qarşı soyğunçuluq edilib. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında 2002-ci il təvəllüdlü şəhər sakini Həsənzadə Taleh Əmrah oğlu çalışdığı aptekdən evinə gedərkən tanımadığı şəxs tərəfindən saxlanılıb. Həmin şəxs T.Həsənzadəni döyərək ona müxtəlif bədən xəsarətləri yetirib. Həmçinin, hadisəni törədən şəxs onun mobil telefonunu zorla əlindən alaraq ərazidən uzaqlaşıb. T.Həsənzadə xəstəxanaya yerləşdirilib. Zərərçəkənin […]

Goranboyda qaçırıldığı bildirilən yeniyetmə qız evlərinə qaytarılıb

Goranboyda yeniyetmə qızın qaçırıldığı barədə məlumat yayılıb. APA-nın yerli bürosunun məlumatına görə, valideynləri Goranlı kəndinin 14 yaşlı sakini olan qızlarının evlənmək məqsədilə qaçırılması ilə bağlı polisə müraciət ediblər. Daxili işlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın sorğusuna cavab olaraq bildirib ki, müraciət araşdırılıb və qızın öz istəyi ilə sevdiyi oğlanın evinə getdiyi […]