Browsing category

Hadisə

Mingəçevirdə qadın özünü Kürə atıb

Mingəçevirdə intihara cəhd olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, Ağdaş sakini, 1992-ci il təvəllüdlü Ə.L. özünü körpüdən Kür çayına atıb. Ətrafdakı insanların köməyi ilə qadın xilas edilərək xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə kütləvi dava olub, 3 nəfər bıçaqlanıb

Mingəçevirdə kütləvi dava olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, bir qrup şəxs arasında düşən davada 3 nəfər bıçaqlanıb. Bıçaq xəsarətləri alan – 1986-cı il təvəllüdlü İbişov Çingiz İsmayıl oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Ramin Əliheydər oğlu və 1980-ci il təvəllüdlü Əmirov Elçin Aydın oğlu xəstəxanaya yerləşdiriliblər. Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə müştərilərə qəlyan verən çay evi cərimələnib

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərar və göstərişlərin icrası ilə əlaqədar polis əməkdaşları tərəfindən nəzarət tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Arena” çay evində karantin qaydalarının […]

Mingəçevirdə heroin satan ana və oğlu saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən ana və oğlu saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə,  daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakinləri Arzu Əliyeva və oğlu, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə […]

Mingəçevirdə heroin satan ana və oğlu saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən ana və oğlu saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə,  daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakinləri Arzu Əliyeva və oğlu, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə […]

Ağdaş sakini sirkə turşusundan zəhərlənərək ölüb

Ağdaşda sirkə turşusundan zəhərlənən qız xəstəxanada dünyasını dəyişib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, mərhum 2001-ci il təvəllüdlü Ağdaş rayon sakini Əminə Xankişiyevadır. Hadisə Ağdaş rayonu ərazisində baş versə də, ölüm faktı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb. Qız yaşadığı ərazidə naməlum səbəbdən sirkə turşusu içərək zəhərlənib. Ağır vəziyyətdə olan xəstə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. […]

Mingəçevir sakini dəm qazından zəhərlənib

Mingəçevirdə dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.  APA-nın yerli bürosunun məlumatına görə, hadisə bağlar yaşayış massivində baş verib. 1952-ci il təvəllüdlü Vəliyev Nəriman Hacımməd oğlu yaşadığı fərdi təsərrüfatda dəm qazından zəhərlənib. Zəhərlənən şəxs xəstəxanaya yerləşdirilib.

Təcili yardım avtomobili Mingəçevirdə qəzaya düşüb, xəsarət alanlar var

Ağdaşdan Mingəçevirə xəstə gətirən təcili yardım avtomobili qəzaya düşüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində baş verib. Ağdaş rayon sakini, 1966-cı il təvəllüdlü Rasim Soltan oğlu Rəsulovun idarə etdiyi təcili yardım maşını Mingəçevir şəhər sakini, 1990-cı il təvəllüdlü Muradov Orxan Fazil oğlunun idarə etdiyi “Lada-Priora” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində […]

Mingəçevirdən olan şəhidin övladı dünyaya gəlib

Mingəçevirdən olan şəhidin övladı dünyaya gəlib. APA-nın yerli bürosunun verdiyi xəbərə görə, Vətən müharibəsində şəhid olan Mingəçevir sakini Məmmədli Məhəmməd Murad oğlunun qızı dünyaya gəlib. Ananın və körpənin vəziyyəti normal qiymətləndirilir. Şəhid döyüşçünün yeni doğulan körpəsi ailənin ilk övladıdır.

Mingəçevirdə hamilə qadın qəzada xəsarət alıb

Mingəçevirdə doğum şöbəsinə gətirilən Ağdaş sakini qəzaya düşüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Aydın Məmmədov küçəsində özəl klinikalardan birinin yaxınlığında baş verib. “VAZ 2106” markalı avtomobil arxadan özəl klinikanın baş həkiminə məxsus “Hyundai” markalı minik maşınına çırpılıb. Hadisə nəticəsində “VAZ 2106”la doğum şöbəsinə gedən 1988-ci il təvəllüdlü hamilə qadın, Ağdaş rayon sakini Əliyeva Həbibə Məsim […]