Browsing category

Hadisə

Mingəçevirdə narkotik və psoxotrop maddə satan şəxslər saxlanılıb – FOTO

Mingəçevirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, keçirilən əməliyyat zamanı satış məqsədilə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini Neyman Əmirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan kağız bükümlərdə heroin […]

Mingəçevirdə tekstil fabrikində çalışan işçi həmkarını bıçaqlayıb

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü Qasımov Elmir Nizami oğlu tekstil fabrikində mübahisə zəminində sinəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Şəhər polis şöbəsi əməkdaşlarının əməliyyat axtarış tədbirləri nəticəsində E.Qasımova  xəsarət yetirməkdə şübhəli bilinən, fabrikin əməkdaşı, Kəlbəcər rayon sakini Dağıbəyi Vəlizadə saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirə qonaq gələn 3 yaşlı uşaq dördüncü mərtəbədən yıxılıb

Mingəçevirə qonaq gələn uşaq dördüncü mərtəbədən yıxılıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə, Nərimanov küçəsi 34 saylı binada baş verib. Ehtiyatsızlıqda yıxılan 2018-ci il təvəllüdlü Türkiyə vətəndaşı Fenni Həsən Şamil Mehmet oğlu ağır kəllə beyin travması alıb. Reanimasiya şöbəsinə yerləşdirilən uşağın durumu ağır stabil kimi dəyərləndirilir.  

Mingəçevirdə zəncirvari qəzada təcili tibbi yardım maşını əzilib, yaralılar var

Mingəçevirdə zəncirvari yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə M.Maqomayev və Füzuli küçələrinin kəsişdiyi işıqforda qeydə alınıb. “Hyundai” markalı minik maşını əvvəlcə “Mercedes” markalı minik maşına, o da öz növbəsində “Mercedes Vito” markalı təcili tibbi yardım maşınına çırpılıb. Qəza nəticəsində 5 nəfər – 2011-ci il təvəllüdlü Hüseyn Məmmədzadə, 2008-ci il təvəllüdlü Orxan Məmmədov, […]

BakuBus qəza törətdi yaralılar var – Anbaan VİDEO

Bir müddət öncə “Azneft” dairəsi yaxınlığında “BakuBus”a məxsus 5 və 125 nömrəli sərnişin avtobuslarının toqquşduğu qəza ilə bağlı yeni videogörüntülər yayılıb. Mi-News.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəzanın sürücülərdən birinin avtobusu idarə edərkən telefona baxmasına görə yola nəzarət etmədiyi üçün baş verdiyi iddia olunur. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, sərnişindaşımalarda təhlükəsizliyin […]

Bakı-Mingəçevir marşrutu üzrə işləyən sərnişin avtobusu yanıb

Bakıdan Mingəçevirə gələn sərnişin avtobusu Yevlax rayonu ərazisində alovlanıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu saatlarda Yevlaxın Qarxun kəndi yaxınlığında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsi cəlb olunub. Sərnişinlər arasında zərərçəkənin olmadığı bildirilir. Qeyd edək ki, avtobus bu gün saat 16:00-da Bakıdan Mingəçevirə yola düşüb.  

Xəzərdəki partlayışın hadisə yerindən görüntüləri – VİDEO

Ötən gün axşam saatlarında sosial şəbəkə və saytlarda Xəzər dənizində yanğının əks olunduğu videolar yayılıb və bununla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal müvafiq araşdırma işlərinə başlanılıb. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, ilkin araşdırma zamanı dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisənin baş vermədiyi müəyyən olunub. Bu […]

“VAZ 2109”-un sürücüsü xəstəxanaya yerləşdirildi

Mingəçevir Şəhər Polis Şöbəsinin qarşısında yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Yüksık sürətlə hərəkətdə olan “BMW” markalı avtomobil “VAZ 2109” markalı minik maşınına çırpılıb. Qəza nəticəsində “VAZ 2109”-un sürücüsü, 1955-ci il təvəllüdlü Rifah Mustafa oğlu Sofiyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.  

Mingəçevirdə ana və iki övladı dəm qazından zəhərlənib

Mingəçevirdə zəhərlənmə hadisəsi qeydə alınıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Nəriman Nərimanov küçəsi, 41 ünvanında baş verib. Ana və iki azyaşlı övladı yaşadığı mənzildə dəm qazından zəhərlənərək halsız duruma düşüb. 1987-ci il təvəllüdlü ana Vəsilə Yusifova, qızı 2013-cü il təvəllüdlü Nərmin Elçin qızı Yusifli və 10-12 yaşlı daha bir qız övladı təcili xəstəxanaya çatdırılıb. Faktla […]

Mingəçevirdə yaşıllıq ərazi yanıb

Mingəçevirdə axşam saatlarında bağlar yaşayış massivində yerləşən ərazidə yanğın baş verib. APA-nın yerli bürosunun məlumatına görə, yanğın Mingəçevirin ən böyük maşın təmiri müəssisəsinə bitişik ərazidə – 150 kv metrilk sahədə baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürmə briqadası cəlb olunub. Alov söndürülüb. Yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb.