Browsing category

Hadisə

Mingəçevirdə sahibsiz it Kəlbəcər sakininə hücum edib

Mingəçevirdə məcburi köçkünlərin bir qisminin müvəqqəti məskunlaşdığı Dəmir-beton məmulatları zavodunun ərazisində 62 yaşlı kişi sahibsiz itin hücumuna məruz qalıb. APA_nın Mingəçevir bürosunun məlumatına görə, sahibsiz it 1959-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Bəşirov İslam Bəşir oğluna ağır xəsarətlər yetirib. İ.Bəşirov hər iki qollarından, ayaq, diz və topuq nahiyələrinin çoxsaylı kəsilmiş yaralarla xəstəxanaya çatdırılıb. Yaralıya ilkin […]

Goranboy rayonunun Məşədiqaralar kəndində sahibsiz it 29 yaşlı gəncin cinsiyyət üzvünü dişləyib

APA_TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Məşədiqaralar kəndində baş verib.  Belə ki, sahibsiz it 1992 – ci il təvəllüdlü kənd sakini Qarayev Toğrul Qiyas oğlunun cinsiyyət orqanını dişləyiəyərək ona ciddi xəsarət yetirib.  Yaralı xəstəxanaya yerləşdirilib. Zərərçəkənin yaxınlarının dediyinə görə, Toğrul Qarayev kəndin mərkəzindən evə gedərkən sahibsiz it ona hücum edib. Kənd sakinləri bildirir […]

Mingəçevirdə idarəetməni itirən avtomobil aşıb

Mingəçevirin yeni köçkün şəhərciyinin önündən keçən yolda avtomobil qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hərəkətdə olan “VAZ 2199” markalı maşının önünə anidən azyaşlının çıxması sürücünün idarəetməni itirməsinə səbəb olub. Sürücü piyadanı vurmamaq üçün manevr edərək avtomobilin istiqamətini dəyişməyə məxbur olub. Bu zaman avtomobil yol qırağındakı maneələrə və ağaclara çırpılaraq aşıb. Sürücü və maşında […]

Mingəçevirdə yanğından 3 maşın zərər görüb

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Samux küçəsində yerləşən avtomobil təmiri sexində baş verib. Sexin həyətində mühərriki və digər elektrik vasitələri sökülü vəziyyətdə olan “Hyundai” markalı minik maşını yanmağa başlayıb. Alovun təsirindən yaxınlıqda olan “Mersedes” və “Opel” markalı daha iki maşın alovlanıb. Yanğınsöndürmə briqadası alovu söndürərək lokallaşdırıb. Yanğın nəticəsində “Hyundai” yarasız hala düşüb. Digər […]

Mingəçevirdə zəncirvari yol qəzası olub, xəsarət alan var

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə səhər saatlarında M. Maqomayev küçəsindəki yol kəsişməsində baş verib. Qəza “Vaz 2111”, “Mercedes” və “Daewoo” markalı minik maşınlarının iştirakı ilə olub. Hadisə nəticəsində “VAZ”da olan 1984-cü il təvəllüdlü sərnişin Sədaqət Qasımova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə ətraf mühiti çirkləndirən 3 obyekt sahibi cəzalandırılıb – FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması və sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə su anbarı yaxınlığında yerləşən ictimai iaşə müəssisələrində müvafiq yoxlamalar keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən yoxlamalar zamanı bəzi obyekt sahibləri tərəfindən sanitar-gigiyena və ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları aşkarlanıb. Aşkarlanmış qayda […]

Mingəçevirdə 35 yaşlı kişi küçədə ölüb

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Niyazi küçəsi, 45 saylı evin önündə baş verib. 1986-cı təvəllüdlü şəhər sakini Zaur Hüseynovun küçədə öldüyü aşkar olunub. Araşdırma və məhkəmə tibbi ekspertizası nəticəsində onun qəfil ürək tutmasından öldüyü məlum olub.

Mingəçevirdə qadın özünü Kür çayına atıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Sahil parkı ərazisində baş verib. İntihar məqsədilə özünü Kür çayına atan orta yaşlı qadın ərazidə olan qayıqçı tərəfinfən xilas edilib. Sahilə çıxarılan qadın həkim briqadasına təhvil verilib. Onun Tərtər rayonunun Cəmilli kənd sakini, 1966-cı il təvəllüdlü Həşimova Sveta Yusif qızı olduğu məlum olub. İntihara cəhdin səbəbi məlum deyil. Faktla […]

Mingəçevirdə narkotik və psoxotrop maddə satan şəxslər saxlanılıb – FOTO

Mingəçevirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, keçirilən əməliyyat zamanı satış məqsədilə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini Neyman Əmirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan kağız bükümlərdə heroin […]