Browsing category

Hadisə

Mingəçevirdə yanğın: ölən və zəhərlənənlər var

Mingəçevirdə yanğın hadisəsi baş verib. Bizim.Media-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Ş.İ.Xətai küçəsi 11 ünvanında yerləşən binanın 3-cü mərtəbəsində baş verib. Yanğın nəticəsində mənzildə olan  bir kişi tüstüdən zəhərlənərək ölüb. O,  1940-cı il təvəllüdlü şəhər sakini Tərxanov Tofiq Şahlar oğludur. Yanğın zamanı tüstüdən zəhərlənən ikisi azyaşlı, 3-4  böyük olmaqla 5-5 nəfər  xəstəxanaya yerləşdirilib. Bir […]

8 yaşlı uşaq yolu keçmək istəyərkən qəza ilə üzləşdi

Mingəçevirdə 8 yaşlı uşağı maşın vurub. Hadisə Texniki Humanitar Liseyin yaxınlığında baş verib. Yolu keçmək istəyən 2013-cü il təvəllüdlü şəhər sakini Rzazadə Məhəmməd Zaur oğlunu BMW markalı maşın vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Sağ ayaq nayihəsindən sınıq xəsarətləri  alan uşaq ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Sumqayıtdakı STP-AH MMC-də partlayış nədən baş verib?

“Hadisəyə ərimə prosesində metal tullantıların arasında, və ya içərisində olan yad cisimlərin səbəb olduğu ehtimal olunur. Belə ki, ərimə prosesi zamanı müxtəlif bərk və ya maye  halında olan  kimyəvi maddələrin bir-biri ilə reaksiyaya girməsinin nəticəsində yaranan  təzyiqli qaz partlayışa səbəb olub. Partlayış yanğına və avadanlığın sıradan çıxmasına səbəb olmasa da güclü səsə və hava dalğasına […]

Ailəsi ilə mübahisə etdi, sonra isə…

Minşəçevirdə intihar hadisəsi baş verib. Unikal.org-un məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində mənzillərdən birində qeydə alınıb.  Belə ki, 22 yaşlı Tovuz sakini Namin Məmmədov kirayə yaşadığı mənzildə özünü asaraq intihar edib. Bildirilir ki, intihar edən 22 yaşlı gənc Mingəçevirdə işləyib və bu addımı ailə münaqişəsi zəminində atıb. Meyit aidiyyatı üzrə təhil verilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin ″102″ Zəng Mərkəzinə Mingəçevir şəhəri Energetiklər yaşayış massivindəki çöllük ərazidə silah-sursat olması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə baxış keçirib.Oradan 823 ədəd avtomat və 31 ədəd iriçaplı pulemyota məxsus güllələr, eləcə də 3 ədəd […]

Bakıda dəhşətli qəza: 5 ölü, 20 yaralı

Bakı Nəqliyyat Agentliyindən APA TV-yə verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan “Mercedes” markalı yük avtomobili, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. 21 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin APA-ya verdiyi məlumata görə, ağır yol-nəqliyyat hadisəsi […]

“Unibank”a borcu olan kişi özünü körpüdən çaya atdı – FOTO

“Unibank”a borcu olan  58 yaşlı Mingəçevir sakini özünü körpüdən çaya atıb. Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə şəhərin əsas nəqliyyat körpüsü üzərində baş verib. Belə ki,  58 yaşlı şəhər sakini Əlövsət Əhmədov  insanların gözü önündə özünü körpüdən Kür çayına atıb. Batmaq üzrə olan kişi son anda qayıqçılar Azər Müseyibov və Toğrul Rəhimli tərəfindən xilas edilərək sahilə […]

“Özümü körpüdən atacağam” dedi, meyiti Kürdən tapıldı – TƏFƏRRÜAT

Hadisə ilə bağlı Unikal.org-a bəzi təfərrüatlar məlum olub. Araşdırma zamanı meyiti tapılan şəxsin 1991 – ci il təvəllüdlü  Kəlbəcər rayon sakini  Mehdi Nazim oğlu Musayev olduğu məüyyən edilib. Belə ki adıçəkilən şəxs dəfələrlə intihar edəcəyi barədə doğmalarını xəbərdar edib. O, yaxınlarına  özümü Yevlax körpüsündən atacağam deyib. Ən son o bu barədə sentyabrın 26- da xəbərdarlıq edib. Həmin […]

Mingəçevir sakini dələduzların toruna düşüb

Şəhər sakini Fəxri Həsənov alqı-satqı saytlarının birində özünə məxsus qarajı satması haqda elan yerləşdirib. Bundan sonra WhatsApp vasitəsi ilə onunla əlaqə saxlayan şəxs qarajı almaq istədiyini deyib. Zəng vuran Qazaxstanda olduğunu və beh vermək üçün Fəxridən kartının  nömrəsini göndərməsini bildirib. Nəticədə şəhər sakini aldadılıb. F.Həsənov deyir ki, kartlarının şəklini çəkib göndərəndən sonra telefonuna bankdan 6 […]

Axtarışda olan dələduz saxlanıldı

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində dələduzluğa görə axtarışda olan şəxs tutulub. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, Əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə axtarışda olan Əziz Hüseynov saxlanılıb. Saxlanılqdıqdan sonra Əziz Hüseynovun ətrafında aparılan araşdırma zamanı digər bir vətəndaşın 1000 manat pulunu […]