Browsing category
Mingəçevirdə velosipedçini vuran yük maşını aşıb. mi-news.az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, Texnologiyalar Parkı yaxınlığında baş verib. Dondurma daşıyan kiçik tutumlu yük maşını 1980 ci il təvəllüdlü velosipedçi Ayaz Bəxtiyar oğlu Şahquliyevi vurub və aşıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparıllr.
Ötən gecə Mingəçevirdə Kür çayında 11 sərnişinin olduğu qayıq batıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, iyunun 2-də axşam saatlarında baş verən hadisə zamanı istifadə olunan qayıq rəsmi qeydiyyata alınmayıb: “Qayıq kuatar üsulla hazırlanıb və rəsmi qeydiyyatı yoxdur. Qayıq batarkən içində 11 sərnişin olub və onlar sağ-salamat xilas edilərək sahilə çıxarılıb”. Mərbuat […]
5 ay öncə Mingəşevir şəhərinin Günəşli fərdi yaşayış massivində, 12-ci küçədə qaz sızması nəticəsində evlərdən birində baş vermiş güclü partlayış evin dağılmaına səbəb olub. Baş verən hadisə həmin evin tamamən dağılmasına, daha 17 evin isə müxtəlif ölçülərdə dağıntılara məruz qalması ilə nəticələnib. Həmin hadisədən uzun müddət ötməsinə baxmayaraq hələ də zərər görmüş evlər bərpa olunmayıb. […]
Mingəçevir şəhərində qeyri-adi yol qəzası baş verib. Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şəhər qəbristanlıqlarından birində qeydə alınıb. Qəbristanlıq ərazisində dayanan və sürətlər qutusu “N” (Neytral) vəziyyətdə olan “Mercedes” markalı avtomobil enişdən aşağı hərəkət edərək qəbrlərə çırpılıb. Qəza zamanı bir neçə qəbr daşına və avtomobilə ciddi ziyan dəyib.
Mingəçevirdə 3 aprel 2022-ci ildə müxtəlif ünvanlardan xəstəxanaya daşınan 17 xəstə məhz dəm qazından zəhərlənib. Bu fikirləri təcili yardım şöbəsinin baş həkimi Allahverdi Alıyev deyib. Onun sözlərinə görə, son illər ərzində bu, şəhərdə qeydə alınan ilk hadisədir. Bir gün ərzində “Onlardan 5-i azyaşlı uşaqdır, 1-i isə dializ xəstəsidir. Təcili tibbi yardım xidməti bu gün gücləndirilmiş […]
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə istifadə edən şəxslər tutularaq məsuliyyətə cəlb edilib. Bizim.Media Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, şəhər ərazisində yerləşən stomatoloji məntəqədə çalışan diş texniklərinin orada narkotik vasitə qəbul etmələrinə dair polisə əməliyyat məlumatı daxil olub. Həmin obyektə baxış keçirilib və orada müştərilərə xidmət göstərən Rəsul […]
Mingəçevir sakini sosial yardımının kəsilməsinə etiraz əlaməti olaraq intihara cəhd edib. Bizim.Media xəbər verir ki, hadisə axşam saatlarında Naxçıvan küçəsi 29 ünvanında yerləşən yataqxanada baş verib. İlkin məlumata görə, 1988-ci il təvəllüdlü İsmayılov Ramin Hacıağa oğlu kəsici alətlə özünə xəsarət yetirib. O, sol qol nayihəsinin dərin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mingəçevir şəhər Günəşli masssivində yerləşən evlərin birində güclü partlayış baş verib. “Unikal”ın əldə etdiyi məlumatına görə, partlayış nəticəsində ev həmin tamamilə yararsız hala düşüb. Ümumilikdə isə 11 evə və həmin ərazidə dayanan “VAZ-2107” markalı avtomobilə zərər dəyib. Hadisə nəticəsində partlayış baş verən evdə 2 nəfər – 1992-ci il təvəllüdlü İlkin Məmmədov və 1966-cı il təvəllüdlü Sevinc […]
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə şəhər ərazisində pirotexniki və tezalışan vasitələrin gizli şəkildə satışını həyata keçirən qadın saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şəhər sakini Vüsalə Adilova “bazar” adlanan ərazidə özünə məxsus “Changan” markalı avtomobilə yığdığı pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb. Şöbəyə dəvət […]