Browsing category

QHT

Köçkünlərin fikrincə, etibarlı sülh olsa, birgəyaşayış mümkündür

30 il ərzində erməni vandalizminin törətdiyi cinayətlər nəticəsində dağılmış yurd yerlərimiz son üç ildə “Böyük Qayıdış” proqramı üzrə yenidən qurulur. Ölkə başçısının təsdiq etdiyi Nizamnaməyə müvafiq olaraq, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ağıllı kəndlərin və şəhərlərin, eləcə də hava limanlarının inşasını sürətlə davam etdirir. Təbii ki, böyük infrastruktur layihələrinin həyata keçirilməsi qayıdış […]

Sabirabadda “Səyyar Soft təlimlər” layihəsi həyata keçirilib

Layihə çərçivəsində Sabirabad rayonunda gənclərə “Enerji, aura və şüuraltı”, “Zamanın idarə olunması”, “CV və rezüme”, “Xoşbəxtlik və şans” və digər yumşaq bacarıqların öyrədilməsi üçün təlimlər keçilib. Təlimçi Orxan Əliyevin təqdimatında Sabirabad Gənclər Evində aparılan təlimlər zamanı iştirakçılar həm yeni və maraqlı biliklərə yiyələniblər, həm də əldə etdikləri bilikləri müxtəlif oyunlarda istifadə etməklə bacarıqlarını təcrübədən keçirmə […]

“Yevlax KOB evi”ndə Biznes Təlimləri keçirilib

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin icra etdiyi “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsi çərçivəsində Kiçik-Orta Biznesin İnkişafı Agentliyinin Yevlax Aran Regional İnkişaf Mərkəzində “Biznes Plan” və “Sahibkarlığa giriş” mövzularında təlimlər keçirilib. Təlimlərdə ümumilikdə 50 nəfər […]

“Biz sülh istəyirik” sənədli filmi Mingəçevirdə ictimaiyyətə təqdim olundu

2023-cü il sentyabrın 19-da Mingəçevir Media Mərkəzində “Biz sülh istəyirik” sənədli filminin ictimaiyyətə təqdimatı keçirilib. Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mingəçevir Valideynlər Assosiasiyasının həyata keçirdiyi   “Birgəyaşayış ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində “ElTV” kanalı ilə əməkdaşlıq şəraitində çəkilib. Filmin qəhrəmanları Kəlbəcər, Şuşa və Ağdamdan olan köçkünlərdir. […]

Sülh quruculuğu ilə bağlı növbəti ictimai müzakirə

“Humanitar Tədqiqatlar” İctimai Birliyi Bərdə rayonunda ictimai müzakirə təşkil edib. “Regionlarda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili” layihəsi çərçivəsində Bərdə Şəhər bələdiyyəsinin inzaibati binasında keçirilən tədbirə 25 nəfər Bərdə rayon sakini qatılıb. Tədbirdə çıxış edən “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova layihənin məqsədi ilə bağlı məlumat verib: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına […]

“Humanitar Tədqiqatlar” İctimai Birliyi Tərtər rayonunda ictimai müzakirə təşkil edib

Regionlarda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili” layihəsi çərçivəsində YAP Tərtər Rayon Təşkilatının inzibati binasında  keçirilən tədbirə 25 nəfər Tərtər rayon sakini qatılıb. Tədbirdə çıxış edən “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova layihənin məqsədi ilə bağlı iştirakçılara məlumat verib. Layihənin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirildiyini […]

Köçkünlər mina təhlükəsi barədə məlumatlandırılıb

1 – 4 avqust 2023-cü il ərzində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (“Ümid” SİD İB) icra etdiyi “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsi çərçivəsində 6 hədəf icmada mina təhlükəsi mövzusunda 6 maarifləndirici təlim keçirilib. Təlimlərin […]

QHT-nin layihəsi üzrə valideynlərlə görüş keçirilib

“Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək” İctimai Birliyi 4 avqust 2023-cü ildə Mingəçevirdə valideynlərlə görüş keçirib. Görüş Azərbaycan Respublikasının  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud olan uşaqların sosial reabilitasiya  məsələləri və valideynlərin maarifləndirilməsi” layihəsi  çərçivəsində baş tutub.  Layihə rəhbəri Eyyub Həsənov valideynlərin uşaqların tərbiyəsində rolundan, xüsusən də inkluziv […]

Qazaxda “Humanitar Tədqiqatlar” İctimai Birliyi ictimai müzakirə təşkil edib

“Humanitar Tədqiqatlar” İctimai Birliyi Qazax rayonunda ictimai müzakirə təşkil edib. “Regionlarda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili” layihəsi çərçivəsində Qazax Dövlət Sosial-İqtisadi Kollecində keçirilən tədbirə 29 nəfər Qazax rayon sakini qatılıb. Tədbirdə çıxış edən “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova layihənin məqsədi ilə bağlı məlumat verib: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi […]

Qarabağdakı erməni icması ya qanunauyğun şəkildə yaşamalı, ya da çıxıb getməlidir

“30 il öncə Qarabağda ermənilərlə birgə necə yaşayırdınız? Hansı şəraitdə birgəyaşayışınız yenidən mümkün ola bilər? Sülh üçün nə etmək lazımdır?” Bu sualları Qarabağdan didərgin düşən, ev-eşiyini itirən, şəhid verən, qazi olan və ağrılarını unutmayan insanlara ünvanlamaq heç də asan deyil. Hətta bəziləri məsələni xeyli qəlizləşdirərək, birgəyaşayışın heç vaxt mümkün olmayacağını iddia edir, başqalarının da bu […]