Browsing category

QHT

Uşaqların özlərini kəşf edə bilməsi üçün…

“Ailələrə Sosial Dayaq” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailələrin Sosial Müdafiəsi” adlı layihəyə start verib. Əsas məqsəd aztəminatlı ailələrin uşaqlarının sosial və mənəvi vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir. Uşaqların özlərini kəşf edə, yaşadıqları problemlərin öhdəsindən gələ,  həyata daha pozitiv və real baxa, cəmiyyətdə özlərini qəbul etdirə bilməsinə, yaşam keyfiyyətlərini yüksəltməsinə nail olmaq […]

Mingəçevirdə keçmiş köçkünlər hüquqi sahədə ilkin biliklərə yiyələndilər

Ötən həftənin sonunda “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsi üzrə növbəti təlim də keçirilib. Təlimçi Ayaz Ədilov ilk gün “buzqıran” formatında fərdi bacarıq və maraqları müəyyən edib, təhsil üzrə baza məlumatlılığının yoxlanılması üçün 12 sualdan ibarət test qiymətləndirməsi aparıb. O, iştirakçılara hazırki təhsil qanunvericiliyi, normativ aktlar, imtiyazlar və qrantlarla bağlı […]

Keçmiş köçkünlər maliyyə bacarıqlarını artırırlar

“Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsi üzrə psixoloji təlimin ardınca 3-4 iyul 2024-cü ildə iqtisadi təlim keçirilib. İqtisadçı Elnur Həsənzadə 2 gün ərzində keçmiş məcburi köçkün gənclərə iqtisadi resurslara, maliyyə xidmətlərinə çıxış imkanları, pulu necə qazanmaq və xərcləmək, məhsulu və ya xidməti realizə etmək yolları və mühasibatlıq barədə danışıb. Təlimin […]

Mingəçevirdə məskunlaşan keçmiş köçkünlərə psixologiya dərsləri

“Mingəçevir Valideynlər Assosiasiyası” (MVA) İctimai Birliyi 2024-cü ilin iyun ayından “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsinə başlayıb. İlkin mərhələdə 65 ailə arasında canlı sorğu keçirilib, bundan sonra peşəyə daha çox ehtiyacı olan 10 köçkün təlimlərə cəlb olunub. 1-2 iyul 2024-cü ildə Mingəçevir Media Mərkəzində psixoloji mövzuda ilk təlim baş tutub. […]

Ağdam, Bərdə və Mingəçevirdə risk qrupundan olan şəxslərlə görüşlər keçiriləcək

“Humanitar Tədqiqatlar” İctimai Birliyi yeni layihənin icrasına başlayıb. Birliyin rəhbəri Mehriban Məmmədovanın verdiyi məlumata görə, layihə çərçivəsində regionlarda məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı hüquqi maarifləndirmə işi aparılacaq, məişət zorakılığına məruz qalan və risk qrupundan olan şəxslərə hüquqi konsultasiya xidməti göstəriləcək: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin […]

Sorğuların yekunu: 60 ailənin 22 üzvü peşə öyrənmək istəyir

İyun ayının ikinci ongünlüyündə Mingəçevirdə keçmiş məcburi köçkünlərin məskunlaşdıqları ərazilər üzrə 60 ailə arasında sorğular aparılıb. Sorğular nəticəsində həmin şəxslərin ailə vəziyyəti, qayıdışa münasibəti və məşğulluq ehtiyacları öyrənilib. Məlum olub ki, uzun illər ağır şəraitdə yaşayan soydaşlarımız (onların təxminən yarısı son 15-20 ildə  dövlətimiz tərəfindən inşa olunan müasir mənzillərə köçüblər) birmənalı şəkildə doğma torpaqlarına qayıdacaqları […]

Mingəçevirdə keçmiş köçkün valideynlərin peşə bacarıqları artırılacaq

“Biz iyun ayından Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsinə başlamışıq. Məqsəd Mingəçevirdə məskunlaşan və qayıdışa hazırlaşan keçmiş köçkünlərin məşğulluq ehtiyaclarını araşdırmaq və həlli üçün onlara nəzəri bilgilər və praktiki bacarıqlar verməkdir. Yaxın günlərdə 60 ailə arasında sorğu aparacaq, peşəyə daha […]

BMTİP nümayəndələri layihə təşəbbüsündən faydalanan qadınların iş yerlərinə baş çəkib

BMT-nin İnkişaf Proqramının nümayəndələri Mingəçevirdə olublar. Onlar “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünə qoşulan və hazırda sahibkar kimi fəaliyyət göstərən qadınlarla iş yerlərində görüşüblər. Öncə sahibkar Sevil Bəşirovanın dərzi sexində çalışan  Şahnaz Muradovaya baş çəkiblər. Sex məktəb geyimləri ilə bağlı sifarişlər alıb və hər iki dərzi bundan məmnundur. Şahnaz deyib ki, bu layihə onun həyatını yaxşılığa doğru […]

Layihə təşəbbüsünün iştirakçılarına aktivlər verilib

2023-cü ilin noyabrından “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünə qoşulan iyirmi bir qadından on dördünə layihə proqramı, birinə dövlət, birinə isə özəl şəxs tərəfindən aktivlər verilib. Nəticədə qadınlardan altısı dərzi, yeddisi stilist-vizajist,  biri dırnaq, biri şirniyyat,  biri isə kompüter xidmətləri üzrə avadanlıqlarla təmin olunub. Həmin qadınlar 12 günlük psixoloji, hüquqi və iqtisadi və usta yanında 2 aylıq […]

Bölgə məktəbində İctimai Şuraya seçki keçirildi

Mingəçevir şəhərindəki 3, 11 və 14 saylı məktəblərin aztəminatlı valideynlərinə, xüsusən gənc və işsiz analarına  dəstək və bacarıqlar aşılamaqla övladlarının keyfiyyətli təhsil almasında yardımçı olmaq niyyəti ilə 2023-cü ilin noyabrından “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü həyata keçirilir. Bu təşəbbüs mövcud kateqoriyadan olan valideynlərə nəzəri biliklərə yiyələnmək, praktiki alətləri öyrənmək, maliyyə resurslarına çıxış əldə etmək və güclü […]