Browsing category

QHT

Qarabağ həqiqətləri internetdə düzgün təbliğ olunurmu?

Noyabrın 17-da Mingəçevir Media Mərkəzində Müstəqil Jurnalistlərə Texniki  və Hüquqi Yardım İctimai Birliyi “İnternet media resurslarından istifadədə Qarabağ həqiqətlərinin düzgün təbliği” layihəsi çərçivəsində dəyirmi-masa keçirib.   Qarabağ Qaziləri, Əfqanıstan veteranları və MDU tələbələrinin toplaşdığı tədbirdə mövzu ətrafında ciddi diskussiya aparılıb, maraqlı təkliflər irəli sürülüb. Birliyin və layihənin rəhbəri Asəf Quliyevin dediyinə görə, Azərbaycan KİV-lərində və sosial […]

Noyabrın əvvəlində Göyçayın Bığır kəndinin girişində nar və ondan hazırlanan məhsulların nümayişinə başlanacaq

“Göyçay rayonunda kənd turizminin inkişaf etdirilməsi üçün hazırda prioritet istiqamətlər və ehtiyaclar öyrənilir, bu sahəyə maraqlı tərəflərin cəlb edilməsi üçün maariflənmə tədbirləri təşkil edilir, bələdiyyələr və yerli iş adamları, kənd sakinləri turistlərin qəbulu və onlara xidmətin göstərilməsi üçün digər rayonlardakı müsbət təcrübələrdən bəhrələnirlər”. Bu fikirlər “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin təşkilatçılığı və Avropa İttifaqının maliyyə […]

GMO-nu həyatımızdan necə çıxarmalı?

Son illər müasir biotexnologiya üsulu ilə genetik baxımdan yaxın və çox uzaq olan müxtəlif növlərin arasında (heyvan geninin bitkiyə və əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana) genlərii köçürülməsi  sürətlə yayılıb.  Buna haqq qazandıran GMO mühəndisləri bəzi növ pomidor və çiyələklərə  şaxtaya davamlı olması üçün kambala balığının,  kartofa əqrəbin,  düyüyə və donuza insanın  geni vururlar. […]

Sərhəd bölgələrində təhlükəsiz yaşamaq üçün

Humanitar Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə   “Sərhəd  bölgələrində təhlükəsiz yaşayış: icma davamlığı sahəsində maarifləndirmə işinin aparılması” layihəsinin icrasını davam etdirir. Qazax və Tovuzun sərhəd kəndlərində  yaşayan və tədbirə qatılan insanlar və HTİB-nin sədri Əvəz Həsənov mövcud ərazidə yaranmış vəziyyətdən danışıblar. Qeyd olunub ki, əhali onlar […]

KİV-lərdən gözləntilər çıxdur

Iyulun 29-da “Yüksəliş” Sosial İnkişafa Kömək İctimai Birliyi Bərdə şəhərində Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə  “Mərkəzi Aran bölgəsində milli-mənəvi dəyərlərin ictima təbliği” layihəsi çərçivəsində  növbəti tədbirini keçirib. “Milli-mənəvi dəyərlərimizin qorunmasında ən yaxşı vasitə” mövzusunda dəyirmi masada Bərdə və Yevlax rayonlarının müxtəlif sosial təbəqələri əhatə edən 24 nümayəndəsi  iştirak edib.  “Yüksəliş” İB-nin sədri Şahin […]

QHT dövlətin dəstəyilə Yevlaxdakı aztəminatlı ailələri məlumatlandırıb

Bu barədə təşkilatın və layihənin rəhbəri Fərman Nəbiyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti  yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı  və Yevlax  İcra Hakmiyyətinin köməyilə  həyata keçirilən tədbirdə insanları narahat edən sosial məsələlər müzakirə olunub. 27 nəfərin,  əsasən qadınların üstünlük təşkil etdiyi təlimdə Aynur Mustafayeva, Aynur Əmirova, Mətləb Nəbiyev, Pərvin Məmmədova, […]

MVA Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Bərdədə aztəminatlı ailələrlə görüşüb

Layihə  Mingəçevir, Bərdə, Ağdam və Yevlax sakinlərinə,  o cümlədən məcburi köçkünlərə ünvanlanıb. Ötən müddətdə MVA-nın nəzdində hüquq otağı açılıb, regional MTV kanalı ilə sosial mövzuda bir saatlıq veriliş efirə yayılıb, Ağdamın Dördyol qəsəbəsində təlim keçilib. Növbəti təlim Bərdədə, Elektron Kitabxanada baş tutub. Bu təlimdə “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin hüquqşünası  İnqilab Həsənov vətəndaşların sosial hüquqlarıyla […]

“Orta təhsildə sivil məktəb şuralarının təbliği” layihəsi həyata keçirilir

Bu müddətdə həm Bərdədə yerləşən 1 saylı Ağdam Məcburi Köçkün Məktəbində, həm də Mingəçevirdəki 10 saylı Tam Orta Məktəbində təhsilin idarə olunmasında valideyn iştirakçılığının və səriştəliyinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb. Pilot məktəb kimi seçilən 10 saylı məktəbdə valideyn-müəllim-şagird üçlüyündən ibarət nümunəvi məktəb şurasını formalaşdırmaq üçün seçki keçirilib. Burada üzvlüyə namizədlər irəli sürülüb. Gizli səsvermədən […]

Hüquqi yardım almaq istəyirsən? Onda bizə müraciət et!

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi may ayından Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatların Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Aztəminatlı ailələrə və məcburi köçkünlərə sosial hüquqlarla bağlı hüquqi və informasiya xidmətinin təşkili” layihəsinin icrasına başlayır. Layihə çərçivəsində MVA nəzdində hüquq kabineti açılacaq, Mingəçevir, Ağdam, Bərdə və Yevlax dan olan aztəminatlı ailələrə, o cümlədən məcburi köçkünlərə […]

Təhsil Nazirliyinin sifarişi ilə orta təhsildə sivil məktəb şuralarının təbliğinə başlanıb

“Bu gün valideynlərin müəlim-şagird-valideyn üçbucağında yeri boş görünür. Bu boşluğu doldurmaq üçün sivil Məktəb Şuralarının təşkilinə nail olmaq vacibdir. Biz Təhsil nazirliyinin sifarişi ilə Mingəçevirdə və Bərdədə aktiv valideyn, müəllim və şagirdlərin toplantıları vasitəsilə onların təhsilimizin bu günü və sabahı ilə bağlı fikirlərini öyrənəcək, nümunəvi məktəb şuraları yaradcaq, sonda təkliflər paketi hazırlayaraq, Təhsil Nazirliyinə təqdim […]