Browsing category

QHT

Mingəçevirdə region gənclərinin inkişafına dəstək forumu keçirilib

İyunun 2-də Mingəçevirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin inkişafına dəstək” Forumu keçirilib. GTM-in  Mingəçevir ofisinin direktoru Tural Kərimov orumun məqsədləri barədə ətraflı məlumat verib, Azərbaycanda həyata keçirilən gənclər siyasətinin region gənclərinə təsirindən və nəticələrindən danışıb: “Forum region gənclərinin problemlərinin araşdırılması, mövcud imkanların dəyərləndirilməsi və görülə biləcək işlərin müzakirə edilməsi […]

MVA İB QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə insanları idarəetməyə həvəsləndirir

“Mingəçevir Valideynlər Assosiasiyasi” İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə layihə üzrə görüşlərini mayın 28 və 29-da davam etdirib.  “Çoxmənzilli binalarda özünü idarəetmə icma metodlarının təbliği” ilə bağlı növbəti seminarlar şəhərin A.Şaiq küçəsindəki 7  və R.Rza küçəsindəki 25 saylı ünvanlardakı xeyir-şər mağarlarında keçirilib.. Mingəçevir Bələdiyyəsi ilə birgə gerçəkləşdirilən […]

Mingəçevirli debatçılar fərqləndilər

Mingəçevir Regional Debat Mərkəzi gənclər arasında multikulturalizm ideyalarının təbliğində fəal iştirakına görə Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov və DVC-nin sədri Seymur Hüseynov tərəfindən  diplomla mükafatlandırılıb. “Respublika Gənclər Debat Forumu 2016: Yaz” layihəsi başa çatıb. Bağlanış mərasimində Prezident Administirasiyasının ictimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev,  Prezidentin millətlərarası, multikulturalizm […]

Ələm Məmmədov “Həzi Aslanov“ medalına layiq görüldü

Mayın 28-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri,  general-mayor Dadaş Rzayev Mingəçevirdə olub,  təşkilatın şəhər şöbəsinin işi ilə, veteranların problemləriylə maraqlanıb, onlara kömək edəcəyini deyib. D.Rzayev  yerli təşkilatın sədri Ələm Məmmədovu veteran hərakatının gücləndirilməsinə, veteranlara göstərdiyi müstəsna qayğıya görə və 80 illik yubleyi münasibəti ilə “Həzi Aslanov“ medalını təqdim edib. Mingəçevir […]

Qadınlar cəmiyyətdə daha çöx təzyiqə məruz qaldığına görə valideynlər oğlan istəyir

25 may 2016-cı ildə Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Hamiləliyin süni şəkildə pozulmasının qarşısının alınması üçün maarifləndirmə işlərinin təşkili” layihəsi çərçivəsində ilk tədbirini Zaqatala Mərkəzi Rayon Xəstəxanasında keçirib. Birliyin rəhbəri Sevil Allahverdiyeva layihənin məqsədi barədə danışıb. Layihənin eksperti Mehriban Vəzir qadınların cinsi münasibətdə həmişə […]

“Binalarımızı təmir edib versinlər…”

“Mingəçevir Valideynlər Assosiasiyasi” (MVA) İctimai Birliyi  “Çoxmənzilli binalarda özünü idarəetmə icma metodlarının təbliği” layihəsi çərçivəsində yaşayış məhəllələrində  seminarları davam etdirir.  2016-cı il mayın 21-22-də növbəti tədbirlər şəhərin Y.Mənsurov  küçəsindəki 13  və  Naxçıvan küçəsindəki 40 saylı ünvanlarda baş tutub. MVA İB-nın prezidenti, layihə rəhbəri Fərman Nəbiyev bildirib ki,  Mingəçevir Bələdiyyəsi ilə birgə gerçəkləşdirilən layihənin məqsədi insanları […]

“Region Gəncləri Ekoturizmin İnkişafı Ugrunda”

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Region Gəncləri Ekoturizmin İnkişafı Ugrunda” adlı layihəyə start verilib.  Mingəçevir şəhərində fəaliyyət göstərən “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi  tərəfindən həyata keçirilən layihə Mingəçevir və ona yaxın əraziləri əhatə edir. Əsasən  Mingəçevir Turizm Kollecinin turizm ixtisasında təhsil alan tələbələrini və bu sahəyə maraqlı olan gəncləri əhatə edən təlimlərin əsas […]

Mingəçevirlilər öz binalarını özləri idarə etmək istəyirlərmi?

Bu aydan “Mingəçevir Valideynlər Assosiasiyasi” (MVA) İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə   “Çoxmənzilli binalarda özünü idarəetmə icma metodlarının təbliği”nə başlayıb. Layihə çərçivəsində ilk seminar  mayın 13-də Mingəçevir Media Mərkəzində (MMM), mayın 14 və 15-də isə şəhərin Y.Mənsurov və 20 Yanvar küçələrindəki mağarlarda təşkil olunub. Layihə rəhbəri, MVA […]

Debat forumunun 2016-cı il qalibi kim oldu?

“Mingəçevir Gənclər Debat forumu Heydər Əliyev kuboku 2016” mayın 7-8-də 10 saylı orta məktəbdə baş tutub.  14 komandada 42 debatçının  iştirak etdiyi  forumun finalında MDU-nun “Qarabağ” və 19 saylı məktəbin “Uğur” komandaları qarşılaşıblar. Yarış “Uğur”un uğuru ilə başa çatıb. Qaliblərə kubok, ən yaxşı spikerlərə sertifikart və medallar təqdim edilib. Gənclər və İdman idarəsinin rəisi Kamal […]

Bölgələrdə gənclər ətraf mühitin qorunması işinə cəlb ediləcək

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin təşkilati təşəbbüsü ilə Mingəçevir və Yevlax şəhərlərində “Sağlamlıq və ətraf mühit” lahiyəsinin icrasına start verilib. İcrası 3 aylıq nəzərdə tutulan layihənin əsas məqsədi – Mingəçevir və Yevlax şəhərlərində ətraf mühitdə ekoloji tarazlığı təmin edən fəaliyyətlərin dəstəklənməsi, ekoloji […]