Browsing category

QHT

Danışan kompüterlər

Respublikamızda informasion cəmiyyətin qurulması və kompüterləşmə sahəsində uğurlu addımların atılması ilə kompüterlər həyatımızın bütün sahələrində istifadə olunmağa başlanmışdır. Bunu nəzərə alaraq gözdən əlil gənclərimizin kompüter bacarıqlarına sahib olmaları üçün “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi 2018-ci il aprel ayından “Danışan kompüterlər” adlı layihəsinə start verib. Layihə müəllifi Tükəzban Abdurrahmanova bildirib ki, layihə görmə əngəlli gənclərin […]

MVA Data hekayələri yaradan bölgə jurnalistlərini mükafatlandırdı

“Biz 2016-cı ilin oktyabrında bu layihəyə başlayanda özümüzü qaranlıq meşədə  hiss edirdik.  Əlimizdə xəritə olsa da, hara gedəcəyimizi bilsək də, tərəddüd içindəydik. Çünki bizi təhlükələr də izləyirdi. Amma inamın olanda keçilməz sədləri belə aşa bilirsən.” Bu fikirləri “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev aprelin 26-da Mingəçevir Media Mərkəzində bölgə jurnalistlərini mükafatlandırarkən deyib. O, bildirib ki, […]

QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Binamızı özümüz idarə edək”

“Biz mənzil və kommunal təsərrüfatı xərclərində dövlətin yükünü azaltmaq, yaşayışçıların evlərinin saxlanmasına maraqlarını artırmaq, bölgələrdəki çoxmənzilli binaların tədricən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri və digər yeni idarəetmə qurumları vasitəsilə idarə edilməsinə nail olmaq istəyirik. Bu məqsədlə bu gündən  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant proqramı üzrə yeni layihəyə başlayırıq.  Layihə belə adlanır: “Binamızı […]

Azərbaycanda qadinlarin iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində mövcud durum müzakirə olundu

Fevralin 12-də Bakida “Azərbaycanda qadinlarin iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində mövcud durum, problemlər və həlli yollari” mövzusunda konfrans keçirilib. Konfrans Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramının Demokratiya Monitoru İctimai Birliyinin ekspert qrupu vasitəsilə icra etdiyi “Azərbaycanın Bölgələrində Hüquqi Çərçivə və Qadınların Sosial-İqtisadi Səlahiyyətləndirilməsi Vasitəsilə Gender Bərabərliyinin Təşviq Edilməsi Üçün Genişləndirilmiş Vətəndaş Cəmiyyəti Dəstəyi” proqramı ​çərçivəsində təşkil edilib. Tədbirə dövlət qurumlarını, […]

Nə səbəbə qadınlar hələ də kişilərlə rəqabət aparmaq iqtidarında deyil?

Dekabrın 22-də Mingəçevir Media Mərkəzində maraqlı tərəflərin iştirakı ilə “Qadinlarin İqtisadi Səlahiyyətləndirilməsi və Bərabərlik Hüququnun Təmin Edilməsində Maraqlı Tərəflərin əməkdaşlıq imkanları” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa Avropa Birliyinin dəstəyi və BMT İnkişaf Proqramının icra etdiyi “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” proqramı ​çərçivəsində təşkil edilib. Məqsəd qadınların səlahiyyətləndirilməsi üzrə müxtəlif tərəflərin […]

Müasir gəncliyin peşə inkişafına necə dəstək göstərə bilərik?

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsində  “Müasir gəncliyin peşə inkişafına dəstək” adlı layihəm qalib gəlib. “Mingəçevir  Gənclər Evi” Sosial Xidmət Müəssisəsində iştirakçılara layihə müddətində görüləcək işlər haqqında məlumat verdim. Daha sonra layihə çərçivəsində ilk təlim keçirildi. Təlimçi Rəşad Qurbanov təlim  zamanı əsasən  aşağıdakı mövzulara toxundu: •  Peşə seçimi zamanı ortaya çıxan əsas […]

“Təmiz Sahil” layihəsinə başlanıb

Kamal Əhmədov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsi  çərçivəsində  “Təmiz Sahil” layihəsinin icrasına başlayıb. Layihə ərzində ali və orta-ixtisas təhsili müəssisələrində təhsil alan  gənclərlə 3 günlük təlimlərin keçirilməsi nəzərdə tutulub. Onlara  ekologiya və ətraf mühitlə bağlı vacib nəzəri və praktiki biliklər veriləcək. Əsasən  ekoloji problemlər və onların aradan qaldırılması yolları, regionlarda,  xüsusilə, […]

“Ay-ulduzlu and yerim!” layihəsinə start verilib

4  noyabr 2017-ci ildə  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Turqut Əlibəyli “Ay ulduzlu and yerim” adlı layihəsinə başlayıb. O, gəncləri salamlayaraq,  layihə və layihənin donoru barədə haqqında məlumat verib. Layihənin təlimçisi Samrin Xanlayev bildirib ki, məqsəd  gənclərin vətənpərvərlik və milli maarifləndirmə sahəsində biliklərinin artırmaqdır:  “Təlimlərdə Azərbaycanın malik olduğu zəngin qəhrəmanlıq tarixi, milli-mənəvi […]

“Region Gənclərinin İntellekt Akademiyası” adlı layihəyə yekun vurulub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin həyata keçirdiyi “Region Gənclərinin İntellekt Akademiyası” layihəsinin final mərhələsi baş tutub. Qeyd edək ki, layihə 3 ay müddətində davam edib. Layihə çərçivəsində Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turzim və Mingəçevir Tibb Kolleclərinin tələbələri, həmçinin şəhər […]

“Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız 2017” uğurla yekunlaşdı

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin xəttilə keçirilən “Mingəçevir Gənclərinin Regional Debat Forumu: Payız 2017” uğurla başa çatıb. Gənclər “Gənc nəslin sahibkarlıq fəaliyyətinin inkişafında dövlət dəstəyi əsas faktordur” mövzusunda “Təsdiq” və “İnkar” tərəfdən debatlar aparıblar. Forumun ilk günü finala qədər mərhələlər yekunlaşıb. “De Facto” və “Dejavu” komandaları finala vəsiqə qazanıblar. Yekunda “De Facto” komandası  payız forumunun […]