Browsing category

QHT

“Mingəçevir şəhərində icma əsaslı sosial reabilitasiya mərkəzi”

“Aiələrə Sosial Dayaq” İctimai Birliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “Mingəçevir şəhərində icma əsaslı sosial reabilitasiya mərkəzi” adlı layihəsini həyata keçirir. Layihənin əsas məqsədi 0-18 yaşarası sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı reabilitasiya xidmətləri göstərmək, ailələri səlahiyyətləndirmək və onların bilik və bacarıqlarını inkişaf etdirməkdir. 07 avqust 2018-cı ildə mərkəzdə çalışan işçilərə sağlamlıq […]

“İncəsənət sosial inkişafda vasitə kimi”

MitOst Assosiasiyasının maliyyə dəstəyi və təhsil sahəsində ixtisaslaşan Education HUB-ın təşkilatçılılğı ilə avqustun 5-dən 11-dək Quba şəhərində gənclər  üçün “İncəsənət sosial inkişafda vasitə kimi” təliminin ilk mərhələsi keçirilib. “İnkişaf Zamanı” təhsil proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi”  layihəsinin əsas məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsinin təşviqidir. Azərbaycanın müxtəlif bölgələrindən olan 18-28 […]

Gənclər üçün layihələndirmə təlimləri keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatı dəstəyi ilə keçirilən “İstedadlı gənclərin şəxsi məlumatlarını əks etdirən elektron bazanın yaradılması, onlara təlimlərin, həmçinin intellektual və idman yarışlarının keçirilməsi” adlı layihə çərçivəsində 24.06.2018 və 12.07.2018-ci il tarixlərində region gənclərinin iştirakı ilə layihələndirmə təlimləri aparılıb. “Mingəçevir Gənclər Evi” Sosial […]

Mingəçevirdə mənzil mülkiyyətçilərinin ilk müştərək cəmiyyəti təsis olundu

İyulun 1-də  Mingəçevir şəhərinin Yadigar Mənsurov 7 və Abdulla Şaiq 7 ünvanlarında yaşayan mənzil mülkiyyətçilərinin təsis yığıncağı keçirilib. Elan olunub ki,  iki binada 150 ailə yaşayır. Onlardan 90-ı yığıncağa qatılaraq, “Mingəçevir-1” MMMC-nin  təsis  olunması lehinə səs veriblər. Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlının dediyinə görə, binanın birində 100, digərində 50 ailə yaşayır: “Təşəbbüs qrupu tərəfindən […]

QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə mingəçevirlilərin paytaxt səfəri baş tutdu

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə layihə çərçivəsində növbəti  tədbirini gerçəkləşdirib.  Mingəçevirli mənzil mülkiyyətçilərinin bir qrupu ötən həftənin sonlarında-iyunun 8 və 9-da Bakıda təcrübə səfərində olub. Onlar  paytaxtın Gəncə prospekti, 30 və 2935A,  S.S.Axundov, 4 və İbrahimpaşa Dadaşov, 90 və 91 saylı ünvanlarında yaradılan 3 […]

İqtisadiyyat Nazirliyinin məsul nümayəndəsinin fikrincə, dövlət çoxmənzilli binaların saxlanmasında bundan sonra da köməyini əsirgəməyəcək

“Dövlət fonduna məxsus olan mənzillər artıq insanların mülkiyyətinə verilib. Bu gün hər kəs başa düşməlidir ki, onlar binanın mənzilləri ilə bərabər  ümumi istifadədə olan hissələrinin (lift, pilləkan qəfəsləri, dam örtüyü, zirzəmi, həyət və s.) saxlanması üçün də  məsuliyyət daşıyır”.  Bu fikirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Fərrux Dadaşov Mingəçevirdəki N.Gəncəvi, “Türk […]

Mingəçevirdə istedadlı gənclərin şəxsi məlumatlarını əks etdirən elektron baza yaradılacaq

“Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” və “Gənclər siyasəti haqqında” qanuna uyğun olaraq gənclərin asudə vaxtlarının səmərəli, onların fərdi inkişafına dəstək olmaq məqsədilə son vaxtlar ölkədə bir sıra tədbirlər və layihələr həyata keçirilib. Bu fəaliyyətlərin əsas təşkili istiqaməti  peşəkar, istedadlı gənclər şəbəkəsinin formalaşdırılmasıdır.  Mingəçevirdə yaşayan və təhsil alan gənclər arasında  da kifayət qədər istedadlı, bacarıqlı […]

Hasilat sənayesində şəffaflıq prosesi ilə bağlı məlumatlandırma sessiyası

Regional İnsan Hüquqları və Media Mərkəzi Mingəçevir şəhərində məlumatlandırma sessiyası keçirib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi “Regionda təhsil alan tələbələr və region jurnalistləri arasında “Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı məlumatlandırma sessiyalarının keçirilməsi” layihəsi çərçivəsində təşkil olunub. Mingəçevir Media Mərkəzində keçirilən maarifləndirmə xarakterli tədbirin məqsədi Azərbaycanda Hasilat Sənayesində […]

Mingəçevirdə “Teatr vasitəsi ilə Dialoq” baş tutdu

Mayın 9-da Mingəçevir Gənclər Evinə toplaşan  70-dən çox qonaq, müharibə veteranı, gənclər və  vətəndaş cəmiyyəti üzvləri sülh quruculuğundan bəhs edən tamaşaların təkcə tamaşaçılarına çevrilmədilər. Onlar həm də özlərini bu proseslərin içində hiss edərək, aktiv iştirakçıya çevrildilər.  Tamaşadan sonra aktiv şəkildə müzakirələrə qoşulan  qonaqlar vurğuladılar ki, sülh-quruculuğu prosesini önəmi və münaqişənin həlli üçün səylərin artırılmasına,  dialoq […]

Binaları idarə etmək üçün

“Biz insanlara başa salırıq ki, siz mənzilin içi ilə bərabər çölünə də – dam örtüyü, zirzəmisi, pilləkən qəfəsi, fasadı və həyətinə də sahib olmalısınız. Bu hüququ  onlara 2009-cu ildə qəbul olunan yeni “Mənzil Məcəlləsi” verib”. Bunu MVA İB-nın prezidenti Fərman Nəbiyev deyib.  O, əlavə edib ki, Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi yeni layihəsini uğurla davam […]