Browsing category

QHT

Mingəçevir Gənclər Evi Ağdaş rayonunun Qəribli kəndində

 “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin “Səyyar Gənclər Evi: Səyyar təlim” layihəsi Ağdaş rayonunun Qəribli kəndində həyata keçirilib. Layihənin proqramına uyğun olaraq ilk öncə təqdimat baş tutub. Təqdimatda Ağdaş rayon Təhsil Şöbəsinin, Ağdaş rayon Gənclər və İdman İdarəsinin nümayəndələri də iştirak edib. Daha sonra gənclərin maraqlarına uyğun olaraq 4 istiqamət üzrə təlimlər və yarışlar  baş […]

“Mavi Röya”da peyğəmbərin mövludundan və əxlaqından danışıldı

Sonuncu peyğəmbərin dünyaya gəlişindən əvvəl və sonra milyardlarla insan anadan olub və vəfat edib. Amma peyğəmbərin mövludu tam fərqli bir hadisədir. Böyük Yaradanın insanlara son elçisini göndərməsi ilə bəşərin ən yeni tarixinin yazılmasına başlanıb. Adəm, Nuh, İbrahim, Musa, İsa kimi peyğəmbərlərin misilsiz zəhməti və səyi ilə yetişən din Məhəmməd (s.a.v.) tərəfindən cilalanaraq, Adəm övladlarına çatdırılıb. […]

“Qarabağ” komandası “Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız 2018”in qalibi oldu

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və onların yerli qurumlarının birgə təşkilatçılğı ilə “Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız 2018” uğurla yekunlaşıb. Ötən forumlardan fəqli olaraq bu dəfə Mingəçevirlə yanaşı Ağdaş və Yevlaxdan  olan gənclər də qüvvələrini sınayıblar. Forumun ilk günü finala qədər olan mərhələlər yekunlaşıb. Yarımfinalda MDU-nun “Qarabağ” “Bermud”, […]

Nizamlı, Təhlükəsiz və Tənzimlənən Miqrasiya üzrə Qlobal Kompakt Sənədi müzakirə olundu

Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi  və Dövlət Miqrasiya Xidməti  dövlət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti qurumlarının iştirakilə 21 noyabr 2018-ci il tarixində Nizamlı, Təhükəsiz və Tənzimlənən Miqrasiya üzrə Qlobal Kompakt Sənədinin Yekun Müzakirəsini təşkil edib. Bildirilib ki, BMqT, başda Dövlət Miqrasiya Xidməti olmaqla Azərbaycan hökumətinə 2019-2024-cü illər üzrə Azərbaycanın […]

Türkiyə  Səfirliyinin mətbuat müşaviri Azərbaycan Mətbuat Şurasında

Noyabrın 5-də Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan Mətbuat Şurasında olub. MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türkiyə və Azərbaycan mediası arasındakı əlaqələrin hazırkı durumundan danışıb, son illər mövcud istiqamətdə pozitiv tendensiyaların artdığını vurğulayıb. Ə..Amaşov Türkiyədən Azərbaycana jurnalist səfərlərinin sayının artmasına diqqəti yönəldib və bunun qardaş ölkənin media gündəminə də əsaslı təsir […]

Gəncəlilər intellektual oyunun qalibi oldular

Noyabrın 3-də “Nə?Harada?Nə zaman” intellektual oyunu üzrə “Mingəçevir kuboku” keçirilib. “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin dəstəyi, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə baş tutan növbəti intellektual  oyun şəhərimizin 70 illik yubileyinə həsr olunub. İB-nin icraçı direktoru Rəşad Qurbanov şəhərin tarixindən danışıb,  MİOK-un rəhbəri Vüsal Mahmudov isə oyunun şərtləri haqqında məlumat verib. On səkkiz […]

Şuranın dəstəyi ilə Mingəçevirdə dini radikalizmlə mübarizə istiqamətində tədbirlər keçirilir

“Iqtisadi və Sosial Maarifləndirmə Mərkəzi“ İctimai Birliyi bölgə sakinlərini dini radikalizmə qarşı mübarizədə qərarlılıq nümayiş etdirməyə dəvət edir İctimai Birlik tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dini radikalizmə qarşı mübarizə istiqamətində regionlarda tədbirlərin təşkili” layihəsi çərçivəsində  davam edən ideoloji məzmunlu tədbirlər silsiləsi yekunlaşmaq üzrədir. Mövzunun aktuallığını və cəmiyyətin […]

“Sosial Sahibkarlıq Laboratoriyası”na iştirakçı qəbulu başlandı

 “Sosial Sahibkarlıq Laboratoriyası”na iştirakçı qəbulu başlandı   “Education HUB”  Bərdə və Mingəçevir şəhərlərində yaşayan 18-29 yaşlı gənc xanımlar üçün “Sosial Sahibkarlıq Laboratoriyası” (SSL) mövzusunda təlimlər keçirəcək. “Sosial Sahibkarlıq Laboratoriyası”nın əsas məqsədi gənc qadınlar arasında sahibkarlıq biliklərini inkişaf etdirmək, kiçik biznes vasitəsilə qadınların icmada fəallığını artırmaq, biznesdə sosial komponentin tətbiqini və habelə regionlarda qadın sahibkarlığını təşviq […]

 Əfqanıstan  veteranlarının  məktəbə növbəti gəlişi

Şəhid İlqar Kişiyev adına 17 saylı məktəbdə  Əfqanıstan Veteranları İttifaqı Mingəçevir şöbəsinin üzvləri  ilə  şagirdlərin görüşü olub.  Şöbənin sədri Elşən İbrahimli ölkə rəhbərliyinin veteranlara diqqət və qayğısından, rəhbərlik etdiyi təşkilatın  gənclərdə hərbi vətənpərvərlik ruhunun aşılanması istiqamətində gördüyü işlərdən və veteranların döyüş yolundan söz açıb: “25 dekabr 1979-cu ildən 15 fevral 1989-cu ilədək SSRİ-nin 40-cı ordusu […]

“Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili”

“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi  Mingəçevir Media Mərkəzində keçirdiyi tədbirlə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili” layihəsini yekunlaşdırıb. Energetiklər şəhərinin dövlət və ictimai qurumlarının təmsilçilərinin, Qarabağ müharibəsi iştirakçılarının, media nümayəndələrinin iştirak etdikləri tədbir mövzu ilə bağlı ekspert çıxışları, geniş müzakirələr […]