Browsing category

QHT

Mingəçevirdə “Region gənclərinin “Yaşıl” hərəkatı” genişlənir

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “Region gənclərinin “Yaşıl” hərəkatı” layihəsinin təlimlərinə start verilib. Layihənin təqdimatında çıxış edən layihə rəhbəri Zəminə Ədilova gənclərə layihədə iştirak etdikləri üçün təşəkkür edib, layihənin keçirilməsində əsas məqsədin təmiz ekoloji mühitin vacibliyini gənclər arasında təbliğ etmək olduğunu vurğulayıb. 22 yanvar 2019-cu il […]

“Təhlükəsiz şəhərim” layihəsinin təlimlərinə başlanılıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 22 yanvar 2019-cu ildən “Təhlükəsiz şəhərim” layihəsinin təlimlərinə başlanılıb. Layihədə Mingəçevirdə yaşayan və təhsil alan gənclər iştirak edir. Təlimin ilk günündə layihə iştirakçılarına yol hərəkəti qaydaları və ümumilikdə yollarda təhlükəsizliyi təmin edən müxtəlif yol nişanları haqqında məlumat verilib, sosial videoçarxlar göstərilib. Məqsəd gəncləri yol hərəkəti qaydaları haqqında məlumatlandırmaq […]

“Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə 14 yanvar 2019-cu il tarixində “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. Layihənin açılışında çıxış edən layihə rəhbəri T. Əlibəyli asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclərin zamanlarını faydalı qrup, səhifələrdən istifadə etməklə daha geniş […]

“Beyin Oyunları” layihəsinin icrasına başlanılıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “Beyin Oyunları” layihəsinin ilk yarışı keçirilib. Baş tutan layihədə Mingəçevir, Ağdaş şəhərlərində yaşayan, təhsil alan, öz bilik və bacarıqlarına güvənən tələbələr, məktəblilər, həmçinin müəllimlər iştirak edib. Layihə rəhbəri Vüsal Əliyev gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsində, kollektivləşməyə, kollektiv oyunlara […]

“Mingəçevir Gənclərinin Natiqlik Forumu” çərçivəsində ilk təlimlər baş tutdu

Yanvarın 8-9-da 10 nömrəli orta məktəbdə 150-dən çox şagirdin, məktəb psixoloqları, direktor müavinləri, uşaq birliklərinin rəhbərləri və KİV nümayəndələrinin iştirakilə  “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsinin təlimləri aparılıb. Təlimçi Samir Şükürov ritorika, auditoriya mədəniyyəti və auditoriyanın idarə olunması, peşakar natiq bacarıqları, risklərin nəzərə alınması, bədən dili, nitqin hiss olunması barədə bilgilərini auditoriyaya çatdırıb və sualları cavablandırıb. Azərbaycan Respublikası Gənclər […]

“Region könüllülərinin kariyera məktəbi”ndən xəbər var

8 yanvar 2019-cu ildə  tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region könüllülərinin kariyera məktəbi” layihəsinin təqdimatı və ilk təlimi baş tutub. Layihə rəhbəri Firəngiz Telmanlı iştirakçılara könüllülük haqqında məlumat verib, könüllü olmağın perspektivlərini onların diqqətinə çatdırıb. Regionlarda yaşayan gənclərin könüllü fəaliyyəti haqqında məlumatlarının azlığının günümüzün  əsas problemlərindən biri olduğunu, layihə nəticəsində bu problemin […]

Şagirdlər üçün natiqlik təlimləri təşkil ediləcək

Dekabrın 28-də   “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsinin təqdimat mərasimi keçirilib. Layihə rəhbəri Etiram Sadıqzadə bildirib ki, 3 ay davam edəcək  layihə çərçivəsində şəhərin orta məktəblərində natiqlik təlimləri təşkil ediləcək, Milli Debat  Proqramı çərçivəsində, Karl Popper formatında debat təlimləri və  Debat Forumu keçiriləcək: “Layihənin davamlılığını təmin etmək məqsədi ilə bu layihəni uğurla başa vuran, xüsusi […]

MDU-ya başçılıq edən Akif Hacıyev “İlin rektoru” seçilib

İCMAL.az Analitik Təhlil Mərkəzi Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının texniki dəstəyi ilə “İlin rektoru” və “İlin Ali məktəbi” nominasiyaları üzrə sorğuya yekun vurub. “İlin rektoru” nominasiyasının bu dəfəki qalibi Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev olub. Dekabrın 24-də MDU-da mükafatın təqdimetmə mərasimi keçirilib. Universitetin Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova tədbiri açaraq bildirib ki, bugünkü mərasim çox […]

“Region Gənclərinin Sahibkarlıq Məktəbi” layihəsinə başlanıb

18 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi “Region gənclərinin sahibkarlıq məktəbi” layihəsinin təlimlərinə başlayıb. “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin ev sahibliyi ilə həyata keçirilən layihədə Mingəçevirdə yaşayan və şəhərin  ali, orta-ixtisas təhsili müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimin ilk günündə “İşıqlı Gələcək” GİB-in  […]

Region xanımları üçün sosial sahibkarlıq proqramına start verildi

“Education HUB”ın təşkilatçılığı və ABŞ-ın Azərbaycandakı səfirliyinin  dəstəyi ilə baş tutan “Sosial Sahibrkarlıq Laboratoriyası” proqramı çərçivəsində təlim proqramına start verilib. Bərdə, Mingəçevir və Yevlaxdan olan qadınlara 2 ay müddətində sosial sahibkarlıq, biznes planın və marketinq planın hazırlanması, komanda işinin təşkili, maliyyə hesabatlılığı, ünsiyyət bacarıqları və s. modullar üzrə təlim sessiyaları təşkil olunacaq. Təlimi uğurla başa […]