Browsing category

QHT

Əlilliyi olan 20 qadına və 40 uşağa ərzaq bağlamaları və geyim əşyaları təqdim olunub

Əlil Qadınlar Cəmiyyətinin İctimai Birliyinin Mingəçevirdəki günərzi qayğı və icma əsaslı rebilitasiya mərkəzi 3 dekabr əlillər günü münasibəti ilə tədbir keçirib. Cəmiyyətin Mingəçevir şəhər şöbəsinin sədri Adilə Cəlilova bildirib ki, mərkəzdə çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi və dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün sosial […]

Yeniyetmə və gənclərdə özünəinamı artırmaq üçün

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, UNICEF Azərbaycan və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən “Əsas Həyat Bacarıqları” təlim kursunun yeni mərhələsinin icrasına başlanılıb. Yeniyetmə və gənclərin müstəqil düşünməsi, özünəinam, şəxsi inkişafına dəstək olmaq, onların stresə davamlılığını artırmaq və məqsədlərini müəyyənləşdirməyə kömək etmək məqsədi daşıyan təlimin ilk günündə təlimçi Seymur Səfəralıyev […]

Mingəçevirdə kirayədə qalan günərzi qayğı mərkəzi

“Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamı ilə ölkəmizin daha 30 rayonunda günərzi qayğı mərkəzləri yaradılıb. Həmin mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən müvafiq layihələr çərçivəsində təşkil edilib. Mingəçevirdə bu […]

Gənclərə vətənpərvərlik mövzusunda təlim keçilib

“Migəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı və müəssisənin fəal könüllüsü Türkan Qurbanovanın təşəbbüsü ilə və yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyə olunması məqsədilə təlim keçirilib. Müzakirə şəklində baş tutan təlimdə çıxış edən müəssisənin əməkdaşı Rəşad Qurbanov yeniyetmə və gənclərin vətənpərvər ruhda böyüməsi, onların milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində mütəmadi işlərin […]

“Üçüncü Bahar” Mingəçevirdə təqaüdçüləri bir araya topladı

“Üçüncü Bahar” təşəbbüs qrupu  2017 -ci ildən fəaliyyət göstərən və təqaüdçülərin asudə vaxtlarının səmərəli təşkilinə yönələn sosial layihədir.  Təşəbbüs qrupu tərəfindən layihə çərçivəsində YAŞA mərkəzi yaradılıb. Məqsəd təqaüdə çıxmağa hazırlaşan və təqaüddə olan insanların asudə vaxtlarının səmərəli təşkilinə, onların cəmiyyətə inteqrasiyasına kömək göstərməkdir. Təqaüdçülər mərkəzə üzv olmaqla, maraq dairələrinə uyğun, maarifləndirici, sağlamlıq və yaradıcılıq istiqamətlərində […]

Anti bulling haqda neyi bilmeliyik?

“Qoy özüm olum” layihəsi Education Hub-ın təşkilatçılığı ilə “İNKIŞAF ZAMANI” proqramı çərçivəsində həyata keçirilir. Təşəbbüsün əsas məqsədi son zamanlar cəmiyyətimizi narahat edən bullinq (bir şəxsin və ya şəxslərin tez-tez davranış, görünüş, mədəniyyət, irqi, sinfi, qabiliyyəti və ya kimliyi ilə fərqli olan şəxsləri qəsdən incitmək qorxutmaq və ya utandırmaqdır) məsələlərinə toxunmaqdır. Bullinq əsasən 4 formada özünü […]

“İşıqlı Gələcək” “İntellekt akademiyası -2” layihəsini başa çatdırdı

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “İşıqlı Gələcək” GİB-in təşkilatçılığı və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin ev sahibliyi ilə keçirilən “İntellekt Akademiyası-2” layihəsi uğurla başa çatıb. Layihə çərçivəsində ali və orta, orta-ixtisas təhsil müəssisələrində təhsil alan yeniyetmə və gənclərin intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi, onların intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsi məqsədilə müxtəlif formatda […]

«Öz tolerantlığını test et, başqalarını öyrət»

Noyabrın 2-də Humanitar Tədqiqatlar İctimai Birliyi Mingəçevir Media Mərkəzində Bərdə və Qazax rayonlarının  gənc fəalları ilə münaqişələri həll edə bilmək, gender bərabərliyi üçün cəmiyyətin imkanlarını və hazırlığını müəyyən etmək məqsədilə simulyasiya oyunları keçirib. Improvizasiya ilə hazırlanan bu simulyasiya oyunlarında gənclərin fəallığı çox yüksək olub. Gənclər icmalar arasında münaqişələrin müzakirəsini aparıblar. Onlar ailədə qadın və kişi […]

Mingəçevirdə “İntellekt akademiyası -2” layihəsinə başlandı

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilən Gənclər təşkilatları üçün qrant müsabiqəsinin qaliblərindən biri olan “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi “İntellekt Akademiyası-2” layihəsinin icrasına başlayıb. Birliyin mətbuat xidmətindən verilən məlumata görə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin ev sahibliyi ilə həyata keçirilən layihənin ilk günündə Mingəçevirdə yaşayan və şəhərin  ali, orta-ixtisas təhsili müəssisələrində təhsil alan […]

Region psixoloqlarının bilik və bacarıqları artırılır

“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyiilə icra etdiyi “Məişət zorakılığı ilə üzləşən ailələrdə uşaq hüquqlarının müdafiəsi məqsədilə psixoloqların rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Məişət zorakılığı ilə üzləşən ailələrdə uşaq və ailələrlə social və psixoloji iş” mövzusunda məktəb psixoloqlarının iştirakı ilə Tərtər rayonunda 4-5-6 oktyabr 2019-cu il […]