Browsing category

QHT

“Paylaşılan Uğur”un təqdimatı keçirilib

Sosial sahibkarlıq konsepsiyası cəmiyyətdə bərabərlik, inkluzivlik kimi dəyərləri təbliğ və təşviq edən yanaşma kimi tanınır. Sosial sahibkarlıq və təhsil sahəsində ixtisaslaşan  Education HUB tərəfindən Azərbaycanda ilk dəfə Sosial sahibkarların fəaliyyətiilə daha yaxından tanış olmaq və onların hekayələrindən bəhs edən “Paylaşılan Uğur” adlı filmi hazırlanıb. Filmin çəkilişlərini “Post Vision” media qrupu həyata keçirib. Film bu sahədə […]

“İstedad Əngəl Tanımır” mövzusunda onlayn görüş təşkil edilib

Mingəçevir Gənclər Evindən olan gənclərin “Hər kəsə eyni baxaq“ adlı təşəbbüsü uğurla davam etdirilir. Məqsəd Mingəçevirdən olan fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasına töhfə verməyə, onların istedadlarını ictimaiyyətə təqdim etməyə yönəlib. Dünən, avqustun 30-da təşəbbüs komandasının təşkilatçılığı ilə tanınmış gənc publisist Orxan Adıgözəllə “İstedad Əngəl  Tanımır” mövzusunda onlayn görüş təşkil edilib. Müzakirənin moderatorları Mingəçevir Dövlət Universitetinin tələbələri […]

“İncəsənət sosial inkişafda vasitə kimi” mövzusu yay məktəbində müzakirə edilib

Təhsil sahəsində ixtisaslaşan Education HUB-ın təşkilatçılığı və Mitost Assosiyasının dəstəyi ilə “İnkişaf Zamanı” yay məktəbi bu gün başa çatır. Proqram “İncəsənət sosial inkişafda vasitə kimi”  mövzusuna həsr olunub.  2020-ci il avqustun 17-dən 24-dək davam edən yay məktəbinə Azərbaycanın fərqli bölgələrindən olan gənclər  qatılıb.  Proqram iştirakçıları müxtəlif incəsənət alətləri ilə tanış olub, yeni layihə ideyalarını müzakirə […]

QHT-lərin sosial sahibkarlıqda rolu ilə bağlı ictimai müzakirə aparılıb

Sosial sahibkarlıq sosial, mədəni və ətraf mühit məsələlərinin çözümünə istiqamətlənmiş, sərbəst bazar qaydalarına əsaslanan iqtisadi fəaliyyət növüdür. Hazırda dünyada prioritet trendlərdən birinə çevrilmiş bu fəaliyyət növü icma əsaslı problemlərə yeni həll yolları gətirərək, ümumi maraqlara xidmət edir. Sosial sahibkarlar isə maddi fayda və mənfəəti ikinci plana alaraq, əsas hədəf kimi sosial problemlərin həllini seçirlər. Azərbaycanda […]

Sosial sahibkarlıqla bağlı ictimai müzakirələr başlayıb

Sosial sahibkarlıq sosial, mədəni və ətraf mühit məsələlərinin çözümünə istiqamətlənmiş, sərbəst bazar qaydalarına əsaslanan iqtisadi fəaliyyət növüdür. Hazırda dünyada prioritet trendlərdən birinə çevrilmiş bu fəaliyyət növü icma əsaslı problemlərə yeni həll yolları gətirərək, ümumi maraqlara xidmət edir. Sosial sahibkarlar isə maddi fayda və mənfəəti ikinci plana alaraq, əsas hədəf kimi sosial problemlərin həllini seçirlər. Azərbaycanda […]

QHT Şurasının dəstəyi ilə Beyləqan rayonunda aztəminatlı ailələrə yardımlar göstəriləcək

“Beyləqan  Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi “Pandemiya ilə mübarizəyə ictimai dəstək və  sosial cəhətdən yardıma ehtiyacı olan vətəndaşlara yardım göstərilməsi” layihəsini həyata keçirir. Məqsəd Covid-19 pandemiyası ilə mübarizə üzrə ictimai monitorinq və maarifləndirmə işlərini həyata keçirmək, sosial cəhətdən ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımları çatdırmaq və  psixoloji xidmət işini aparmaqdır. Layihə komandası tərəfindən […]

Nikah və toy mərasimləri sahəsində yeni standartlar, yeni vərdişlər formalaşır

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin  (MİTD İB) Mətbuat xidmətindən verilən məlumata görə, birlik  “Nikah aktı planlayanlar və gənc ailələr üçün pandemiya dövründə konsultativ və sosial yardımların təşkil edilməsi”  layihəsinin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,  məqsəd COVİD-19 […]

Fermer qadınların rolu necə artırıla bilər?

İyulun 25-də “Ailə-fermer təsərrüfatlarının inkişafında qadınların rolu və onların aqrobiznes bacarıqlarının artırılması” adlı layihə çərçivəsində ilk onlayn təlim-görüş keçirilib. Təlimə Şimal-Qərb bölgəsində yaşayan və ailə-fermer təsərrüfatına rəhbərlik edən fermerlərlə yanaşı, bu sahəyə maraq göstərən digər qadın və qızlar da qatılıblar. Onlayn təlimi “Balans” İMİB-nin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyev açıb, layihə haqqında iştirakçıları və […]

“Məhdudiyyət istedada əngəl deyil” mövzusunda onlayn müzakirə aparılıb

UNİCEF-in “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində bir müddətdir ki, maraqlı təşəbbüs həyata keçirilir. Məqsəd Mingəçevirdə yaşayan və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına töhfə vermək, onların istedadlarını üzə çıxarıb, ictimaiyyətə təqdim etməkdir. İyulun 26-da […]

QHT nümayəndələri polis işçiləri ilə birgə həyətlərə gəldilər

Mingəçevirdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində maarifləndirmə işləri davam etdirilir. Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru, ictimai monitorinq qərargahının rəhbəri Füzuli Əsədov  və şəhər polis şöbəsinin əməkdaşları həmin məqsədlə iyulun 6-da Energetiklər qəsəbəsində olublar. Onlar […]