QHT Agentliyinin müsabiqə nəticələri sabah açıqlanacaq
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən 2026-cı il üzrə keçirilən müsabiqələrin nəticələri sabah elan olunacaq. Agentliyin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib ki, bu il müsabiqələrə 981 təşkilat müraciət edib ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir. Qeyd olunub ki, QHT sektorunda son illərdə aparılan islahatlar və müsabiqələrin şəffaf keçirilməsi […]