Browsing category

Ermənistan

Ermənistanda ilk çikunqunya qızdırması halı qeydə alınıb

Ermənistanda ilk çikunqunya qızdırması halı qeydə alınıb. Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin məlumatına görə, yoluxma hadisəsi 18 fevralda aşkarlanıb. Xəstə Seyşel adalarında ağcaqanad sancmasından sonra infeksiyaya yoluxub və hazırda vəziyyəti qənaətbəxşdir. Son dövrlərdə Seyşel adaları, Şri-Lanka, Surinam, Boliviya və Kubada çikunqunya epidemiyaları qeydə alınıb. Xəstəliyin inkubasiya dövrü 2-12 gün davam edir və əsas […]

Ermənistanda hərbi parad hazırlıqları

Ermənistan hakimiyyəti parlament seçkilərindən əvvəl hərbi parad keçirməyi planlaşdırır. “Hraparak”ın məlumatına görə, parad mayın 28-də təşkil olunacaq və bu, seçkilərdən bir neçə gün əvvələ təsadüf edir. Qeyd edək ki, parlament seçkiləri iyunun 7-də keçiriləcək. Nəşr bildirir ki, müharibədə Azərbaycana məğlubiyyət fonunda baş tutacaq parad reklam xarakteri daşıyacaq. Paradın hazırlıqlarına dekabr ayında start verilib və Ermənistan […]

Ermənistanda müxalifət Paşinyana qarşı yeni blok formalaşdırır

Ermənistanda müxalif qüvvələr Baş nazir Nikol Paşinyana qarşı birləşmək istiqamətində addımlar atır. Hraparak nəşrinin yaydığı məlumata görə, ölkənin Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri və Vətən Partiyasının lideri Artur Vanetsyan Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Tsarukyanın rəhbərlik etdiyi siyasi platformaya qoşula bilər. Bildirilir ki, tərəflər arasında artıq danışıqlar başlayıb. Qəzet xatırladır ki, fevralın 15-də Ana Ermənistan […]

Paşinyan sərhəd bölgələrinə səfərlərlə bağlı məhdudiyyəti ləğv etməyə hazırlaşır

Baş nazir Nikol Paşinyan hökumət iclasında bildirib ki, Ermənistanda fəaliyyət göstərən xarici səfirliklər vətəndaşlarını ölkənin sərhəd bölgələrinə səfər etməməyə çağırmaqdan imtina etməlidirlər. Paşinyan hansı ölkələrin səfirliklərindən danışdığını dəqiqləşdirməsə də, bu cür xəbərdarlıqların əsasən Qərb səfirlikləri tərəfindən yayıldığı vurğulanır. Onun sözlərinə görə, əvvəllər bəzi səfirliklər, xüsusən Sünik bölgəsinə səfərləri məhdudlaşdırmaq barədə davamlı xəbərdarlıq edirdilər. “Cənab Mirzoyan […]

Paşinyan: Zayed Mükafatı sülhə sadiqliyin göstəricisidir

Ermənistan və Azərbaycan liderlərinin Zayed Mükafatını qəbul etməsi hər iki ölkənin sülhə sadiqliyinin göstəricisidir. Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan səsləndirib. Onun sözlərinə görə, bu addım Ermənistan ətrafında daha müsbət siyasi atmosferin formalaşmasına xidmət edir. Paşinyan bildirib ki, bu, münaqişə ilə bağlı bütün problemlərin tam həll edildiyi demək deyil. Lakin o vurğulayıb ki, münaqişə […]

Enerji xəritəsində böyük dəyişiklik

ABŞ Ermənistanın mülki nüvə energetikası sahəsinin inkişafına 9 milyard dollara qədər investisiya yatırmağı planlaşdırır. Bu addımın əsas məqsədi İrəvanın uzun illərdir davam edən Rusiya enerji asılılığını azaltmaqdır. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bu açıqlamanı Vaşinqtonla İrəvan arasında mülki nüvə energetikası üzrə əməkdaşlıq sazişi imzalandıqdan sonra verib. İmzalanmış sənəd Amerika nüvə texnologiyalarının, yanacaq və xidmətlərinin Ermənistana […]

Ermənistanın yeni Konstitusiyası martda hazır olacaq

Ermənistanın yeni Konstitusiya mətni üzərində işlər plan üzrə davam edir. Bu barədə ölkənin ədliyyə naziri Srbuhi Qalyan açıqlama verib. Nazir bildirib ki, yeni Konstitusiyanın yekunlaşdırılması üçün mart ayı son müddət olaraq müəyyən edilib və bu tarixdə hər hansı dəyişiklik nəzərdə tutulmur. “Ədliyyə Nazirliyi əvvəlcədən elan olunmuş müddətdən kənara çıxmayacaq. Hazır olan sənəd dərhal ictimaiyyətə təqdim […]

Paşinyan Ermənistan Ordusundakı maaşları açıqladı

Ermənistan Baş naziri Nikol Paşinyan Ordunun 34-cü ildönümü münasibətilə Silahlı Qüvvələrə təbrik mesajı ünvan edib. Ölkədə 28 yanvar Ordu Günü kimi qeyd olunur. Paşinyan bildirib ki, son illərdə Ermənistan ordusuna ciddi sərmayələr yatırılıb və bir sıra struktur islahatları həyata keçirilib. Məcburi hərbi xidmət müddəti 24 aydan 18 aya endirilib ki, bu da xidmət şərtlərini xeyli […]

Ermənistanın hərbi avantüralarının ağır nəticələri

Yanvarın 27-si Ermənistanda “Anım Günü” kimi qeyd olunur. Bu tarix ölkənin iştirak etdiyi müxtəlif silahlı münaqişələr və müharibələr zamanı həlak olan hərbçilərin xatirəsinə həsr edilir. Erməni mənbələrinin yaydığı məlumatlara əsasən, Ermənistanın apardığı hərbi əməliyyatlar zamanı itkilərin sayı kifayət qədər yüksək olub. Statistikaya görə, Birinci Qarabağ müharibəsində təxminən 6 min, 2016-cı il Aprel döyüşlərində 100-ə yaxın, […]

Ermənistan Baş naziri Paşinyan yeni musiqi qrupunu yaradıb

Ermənistanın Baş naziri Nikol Paşinyan 60 yaşında öz musiqi qrupunu qurduğunu açıqlayıb. O, məlumatı şəxsi “Facebook” hesabında paylaşaraq qrupun adının “Varçabend” olduğunu və loqosunu təqdim edib. Qrupun adı erməni dilindəki “premyer” və ingilis dilindəki “band” sözlərinin hecalarından yaranıb. Paşinyan bildirib ki, qrupun ilk çıxışı yanvarın 30-da İrəvanda baş tutacaq. Konsertin keçiriləcəyi məkan və iştirak qaydaları […]