Browsing category

Elm və təhsil

Mingəçevir Dövlət Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

2020-ci ilin 23 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbədənkənar iclası keçirilib. İlk dəfə olaraq online formatda keçirilən Elmi Şuranın iclasında koronavirusla mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən irəli gələn vəzifələr və mövcud şəraitdə MDU-da tədrisin təşkili məsələləri müzakirə olunub. MDU-nun rektoru Şahin Bayramov bütün dünyanı bürümüş koronavirus (COVID-19) ilə mübarizə sahəsində dövlət […]

Mingəçevir Dövlət Universitetində dərslərin online və offline rejimdə təşkilinə start verilib

Mövcud vəziyyətlə əlaqədar olaraq, tədris prosesində davamlılığın təmin edilməsi üçün Mingəçevir Dövlət Universitetində (MDU) dərslərin online və offline rejimdə təşkilinə başlanılıb. Bu məqsədlə, “ZOOM” platforması və “Videodərslər” kimi distant təhsil texnologiyalarının imkanlarından istifadə edilir. Belə ki, universitetdə məsafədən təhsil sahəsində beynəlxalq təcrübədə geniş yayılmış “ZOOM” platformasının video-konferensiya alətinin tətbiqi ilə müəllim və tələbələr arasında bağlantı yaradılır. Video-konferensiya […]

Mingəçevir Dövlət Universitetinin professor-müəllim, inzibati-texniki heyət üzvləri və tələbələrinin nəzərinə!

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın aşağıdakı MƏLUMATI-nı bir daha diqqətinizə təqdim edirik. Qoyulan tələblərə riayət etməyiniz tövsiyə olunur. Məlum olduğu kimi, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə […]

Salam, necəsiniz?

Yaşamaq üçün, bu dünyaya gəlmək kifayət edir. Lakin bu dünyaya gələndən sonra, bizimlə bərabər həm də çətinliklər də yaranır. İlk ünsiyyətimiz evdəkilərlə başlayır, danışmağı öyrənirik, daha doğrusu evdəkilər nə danışırsa, necə danışırsa, biz də elə danışmağa çalışırıq, daha doğrusu onları yamsılayırıq. Təbii ki, hamı belə edir, beləcə dilimizi öyrənirik və doğrudanmı bu qayda ilə dilimizi […]

Mingəçevir Dövlət Universitetində növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb

13 mart 2020-ci il tarixində Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən Mingəçevir Dövlət Universitetinin (MDU) bütün tədris binalarında, həyətyanı ərazilərdə, dəhlizlərdə, auditoriya və laboratoriyalarda, inzibati otaqlarda, idman zalında, kitabxanalarda, sanitar qovşaqlarda və digər köməkçi tikililərdə koronavirusa (COVID-19) qarşı təkrar tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Qeyd edək ki, MDU-da növbəti dəfə keçirilən tədbir Azərbaycan Respublikasının ərazisində […]

Amerikalı professor Mingəçevir Dövlət Universitetində növbəti seminar keçirib

02 mart 2020-ci il tarixdə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində cari tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ingilis dili mütəxəssisi Richard Schlight Mingəçevir Dövlət Universitetində növbəti seminarını həyata keçirib. Professor Richard Schlight 1-ci təlimdə Mingəçevir Dövlət Universitetinin “Xarici dillər”   kafedrasının əməkdaşlarına və “Xarici dil müəllimliyi” (ingilis dili üzrə) […]

Mingəçevir Dövlət Universiteti ilə Kapital Bank arasında əməkdaşlıq imkanları müzakirə edilib

2020-ci ilin 04 mart tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Kapital Bank arasında potensial əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib. Kapital Bank-ın Mingəçevir filialında keçirilən görüşdə MDU-nun rektoru Şahin Bayramov, Kapital Bankın Korporativ satışlar departamentinin əməkdaşları Vasif Hüseynov və Elmar Ləmbəranski, filialın müdiri Elşən Qasımov və MDU-nun müəllimi Arif Kələşov iştirak ediblər. MDU-nun əsas […]

Mingəçevir Dövlət Universitetində tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb

2020-ci ilin 03 mart tarixində Mingəçevir Dövlət Universitetində hərtərəfli tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Mingəçevir şəhər Dezinfeksiya İdarəsinin mütəxəssisləri tərəfindən həyata keçirilən dezinfeksiya tədbiri universitetin hər üç tədris binasını, dərs auditoriyalarını, inzibati kabinetləri, kitabxanaları, konfrans zallarını, yeməkxananı, İdman Sağlamlıq Kompleksini, İnformasiya Texnologiyaları Mərkəzini və digər köməkçi qurğuları əhatə edib. Universitet tələbələrinin, professor-müəllim və inzibati heyət […]

“ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin üzvləri Mingəçevir Dövlət Universitetində olublar

2020-ci ilin 29 fevral tarixində “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin üzvlərinin iştirakı ilə Mingəçevir Dövlət Universitetində (MDU) “Məzunlar danışır – Mingəçevir” adlı tədbir keçirilib. Qonaqları salamlayan MDU-nun rektoru Şahin Bayramov onlara universitet haqqında ümumi məlumat verib və “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi ilə birgə tədbirin keçirilməsini yüksək qiymətləndirib. Özünün də xaricdə təhsil aldığını […]

Tvinninq layihəsinin Fransa, Latviya və Litvadan olan rəhbərləri Mingəçevir Dövlət Universitetində olublar

2020-ci ilin 28 fevral tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Avropa İttifaqının “Azəraycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin Fransa, Latviya və Litvadan olan rəhbərləri Mingəçevir Dövlət Universitetində (MDU) olublar. Tvinninq layihəsinin Azərbaycan üzrə rəhbəri, MDU-nun rektoru Şahin Bayramov qonaqlara universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri, universitetin tarixi və mövcud akademik potensialı, […]