Browsing category

Elm və təhsil

Təhsil müəssisələrində ilk tədris günü mayın 4-ü müəyyən edildi

Nazirlər Kabineti  Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə qərar qəbul edib.  Qərarda deyilir:  Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə: 1.2020-ci il aprelin 20-dən mayın 2-dək (ilk tədris günü mayın 4-ü müəyyən edilir) Azərbaycan […]

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Azərbaycan müəllimi” qəzetinə müsahibə verib

Müsahibənin mətnini təqdim edirik: “Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir” Şahin Bayramov: “MDU-nun həm akademik heyəti, həm də tələbələri çox qısa bir zamanda məsafədən təhsilin fəal iştirakçısına çevrilə bildilər” Son günlərdə dünyanı bürüyən  koronavirus pandemiyası ali təhsil sistemi qarşısında bir sıra təxirəsalınmaz vəzifələr qoydu. Tədris müəssisələrinin bağlanması ilə əlaqədar  olaraq universitetlər yaranmış şəraitdə […]

Mingəçevir Dövlət Universitetinin rektorunun tələbələrlə növbəti görüşü

2020-ci ilin 15 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin “Pedaqoji” fakultəsinin qrup nümayəndələri ilə görüş keçirib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşün əsas məqsədi mövcud şəraitdə tədrisin təşkili məsələlərinin müzakirə edilməsindən, tələbələrin arzu və istəklərinin dinlənilməsindən və onları maraqlandıran sualların cavablandırılmasından ibarət olub. Görüşü açan Ş.Bayramov tələbələrə koronavirusla mübarizə […]

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

2020-ci ilin 15 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov qlobal pandemiya ilə mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən son tədbirlər barədə ətaflı məlumat verib və bir daha kollektivin bütün üzvlərini karantin dövrünün tələblərinə ciddi riayət etməyə çağırıb. […]

Mingəçevir Dövlət Universitetində “Elm Günü”nə həsr edilmiş elmi seminar keçirilib

2020-ci ilin 15 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) doktorant, dissertant və gənç tədqiqatçıların iştirakı ilə “Azərbaycan elminin inkişafında gənclərin aparıcı rolu” elmi seminar keçirilib. “Elm gününə” həsr olunmuş seminar “ZOOM” platforması üzərindən online formatda təşkil olunub. Elmi seminarın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov karantin döründə keçirilən tədbirin əsas məqsədinin doktorant, dissertant və […]

Mingəçevir Dövlət Universitetində “Elm Günü”nə həsr edilmiş növbətil virtual elmi konfrans keçirilib

2020-ci ilin 13 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) “İqtisadiyyat və idarəetmə” fakültəsinin Tələbə Elmi Cəmiyyətinin virtual elmi konfransı keçirilib. “Elm Günü”nə həsr edilmiş Konfransın açılışında çıxış edən MDU-nun Elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov universitetin rektoru Şahin Bayramovun tədbir iştirakçılarına salamlarını çatdırıb və Konfransın təşkilində əməyi olanlara təşəkkürünü bildirib. V.Əyyubov Konfransın əsas məqsədinin […]

Mingəçevir Dövlət Universiteti “Həkimlərimizə məktub yazaq” təşəbbüsünə start verir

Məlum olduğu kimi, koronavirus (COVID-19) infeksiyasına qarşı hamılıqla mübarizə apardığımız mövcud şəraitdə ölkəmizin həkimləri və bütün tibb işçiləri xüsusi fədakarlıq göstərirlər. Məhz həkimlərimizin gecə və gündüz çalışması sayəsində infeksiyaya yoluxmuş onlarla vətəndaşamız sağalaraq öz doğmalarına qovuşmuşdur. Virusla mübarizədə öz sağlamlıqlarını təhlükə altına qoyan həkimlərimiz günlərlə doğmalarını görə bilmirlər. Bizləri evdə qalaraq sağlam qalmağa çağıran həkimlərimiz […]

Mingəçevir Dövlət Universitetinin rektoru tələbələrlə görüşüb

2020-ci ilin 13 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin “İqtisadiyyat və idarəetmə” fakultəsinin qrup nümayəndələri ilə görüş keçirib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşün əsas məqsədi mövcud şəraitdə tədrisin təşkili məsələlərinin müzakirə edilməsindən və tələbələri maraqlandıran sualların cavablandırılmasından ibarət olub. Görüşü açan Ş.Bayramov tələbələrə koronavirusla mübarizə istiqamətində dövlətimizin həyata […]

UNEC və MDU alimlərinin birgə “İdarəetmə təhlili” dərsliyi işıq üzü görmüşdür

Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının professoru, iqtisad elmləri doktoru Hacıyev Fazil Şöhlət oğlunun və Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Qədimli Nüşabə Astan qızının “İdarəetmə təhlili” adlı dərsliyi nəşr olunub. “İdarəetmə təhlili” Azərbaycan Respublikası Təhsil Nazirinin 18.10.2019-cu il tarixli F-626 saylı əmri ilə dərslik kimi təsdiq edilmişdir. […]

Mingəçevir Dövlət Universitetində “Elm Günü”nə həsr edilmiş virtual elmi konfrans keçirilib

2020-ci ilin 10 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Pedaqoji fakültəsinin Tələbə Elmi Cəmiyyətinin virtual elmi konfransı keçirilib. “Elm Günü”nə həsr edilmiş Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov karantin dövründə universitet əməkdaşlarının və tələbələrinin elmi fəaliyyətinin davam etdirilməsinin vacibliyini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə elmin inkişafına xüsusi önəm […]