Alimlərimiz AzTU-nun 70 illik yubileyinə həsr olunan konfransda iştirak ediblər
2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Texniki Universitetinin (AzTU) 70 illik yubileyinə həsr olunmuş “Dördüncü sənaye inqilabının texnoloji perspektivləri: sənaye interneti, kiberfiziki sistemləri və intellektual texnologiyalar” mövzusunda konfrans keçirilib. AzTU və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən online konfransda Mingəçevir Dövlət Universitetinin (MDU) iki əməkdaşı fəal iştirak edib. Belə ki, konfransın İntellektual texnologiyalar […]