Browsing category

Elm və təhsil

Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı “Vətən Müharibəsi Qəhrəmanı” olub

2020-ci ilin 24 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Görüşün qonağı 44 günlük Zəfər Yürüşünün iştirakçısı, “Vətən Müharibəsi Qəhramanı”, mayor Elnur Şirinov olub. Əvvəlcə, MDU-nun əsas tədris korpusunda xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünün və universitetin şəhid məzunlarının xatirə guşəsinin qarşısına gül dəstələri düzülüb, Ulu Öndərin və Vətən […]

Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin X elmi-praktik konfransı keçirilib

2020-ci ilin 22 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) X elmi-praktik konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən konfransı açan rektor Şahin Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə münasibətilə tələbələri təbrik edib, ölkəmizin […]

Mingəçevir Dövlət Universitetinin gənc müəllimi Türkiyənin Qazi Universitetində doktorantura təhsili alacaq

Mingəçevir Dövlət Universitetinin (MDU) “Riyaziyyat” kafedrasının gənc müəllimi Nailə Allahyarova Türkiyə Respublikasının 2020/2021-ci tədris ili üzrə elan edilmiş “Türkiyə bursları” təqaüd proqramı çərçivəsində keçirilən müsabiqədə uğurla iştirak edərək Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Qazi Universitetinin Təhsil Elmləri İnstitutunda “Təhsilin idarə edilməsi” ixtisası üzrə doktorantura ali təhsil səviyyəsinə qəbul olub. MDU əməkdaşının milli təhsilimiz üçün prioritet […]

Mingəçevir Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı birinci kurs tələbələrlə görüş keçirib

2020-ci ilin 19 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatı (TGT) “İqtisadiyyat və idaretmə”, “Pedaqoji” və “Mühəndlislik” fakültələrinin birinci kurs tələbələri ilə görüş keçirib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşdə tələbələrə MDU-da keyfiyyətli ali təhsil almaq üçün yaradılan şəraitdən, tədris prosesindən, faydalana biləcəkləri resurslardan, tələbə həyatının müxtəlif sahələri üzrə həyata keçirilən […]

Mingəçevir Dövlət Universiteti “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının yaradılmasına həsr edilmiş videokonfransda təmsil olunub

2020-ci ilin 15 dekabr tarixində “InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının təşəbbüsü ilə “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının yaradılmasına həsr edilmiş videokonfrans keçirilib. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini Firudin Qurbanov və Avropa Birliyinin Azərbaycan nümayəndə heyətinin rəhbəri Kestutis Jankauskasın […]

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) Mingəçevir Dövlət Universitetində karyera mərkəzinin yaradılmasına dəstək göstərəcək

Mingəçevir Dövlət Universiteti (MDU) ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Bakı nümayəndəliyi arasında əməkdaşlıq çərçivəsində “MDU-da Karyera Mərkəzinin yaradılması və inkişafı” Layihəsinin icrasına start verilib. GIZ tərəfindən maliyyələşdirilən Layihə çərçivəsində MDU-da yaradılacaq Karyera Mərkəzinin bütün zəruri ofis avadanlıqları ilə təchiz olunması və yeni struktur bölmənin fəaliyyətinin təşkilinə texniki yardım göstərilməsi nəzərdə tutulub. İlkin layihə ideyalarının […]

Amerikalı mütəxəssis Mingəçevir Dövlət Universitetində tədris prosesinə cəlb olunub

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ingilis dili mütəxəssisi Richard Schlight 2020/2021-ci tədris ilinin payız semestri ərzində Mingəçevir Dövlət Universitetində (MDU) tədris prosesində fəal iştirak edir. Belə ki, amerikalı mütəxəssis MDU-nun bakalavriat səviyyəsində “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisası üzrə təhsil alan dördüncü kurs […]

Mingəçevir Dövlət Universitetinin rektoru tələbələrlə görüşlər keçirib

2020-ci ilin 14 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “İqtisadiyyat və idaretmə”, “Pedaqoji” və “Mühəndlislik” fakültələrinin tələbələri ilə silsilə görüşlər keçirib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşlərdə rektor, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olunan şanlı qələbə və dörd gün əvvəl keçirilmiş […]

Mingəçevir Dövlət Universiteti Almaniyada təşkil olunan beynəlxalq yarışmada uğurla təmsil olunub

Mingəçevir Dövlət Universiteti (MDU) və Almaniyanın Siegen Universiteti (University of Siegen) arasında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihə çərçivəsində keçirilən təlimlərdə uğur qazanmış tələbələr, magistrantlar və akademik heyət üzvləri 2020-ci ilin 11-12 dekabr tarixlərində Prime Academy (Almaniya) tərəfindən təşkil edilən beynəlxalq müsabiqədə iştirak ediblər. “ZOOM” platforması üzərindən onlayn formatda keçirilən beynəlxalq müsabiqədə Azərbaycanı Mingəçevir […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Şəhid Oruc Nəcəflinin ailəsini ziyarət ediblər

2020-ci ilin 13 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Vətən müharibəsində Şəhid olan universitetin məzunu Nəcəfli Oruc Rövşən oğlunun ailəsini ziyarət ediblər. Görüşdə Şəhid Oruc Nəcəflinin Vətən müharibəsi zamanı göstərdiyi şücaət, onun şərəfli həyat yolu, MDU-da keçirdiyi ali təhsil illəri və “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-dəki əmək fəaliyyəti barədə söz açılıb. Ali […]