Azərbaycanın ali məktəblərində payız imtahan sessiyası başlayır
Ali təhsil müəssisələrində tələbələrin ötən semestr üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi mərhələsi başlayır. Payız imtahan sessiyası yanvar ayının sonunadək davam edəcək. Sessiya başa çatdıqdan sonra ali məktəblərdə tədris prosesi fevralın 16-dan etibarən bərpa olunacaq.