Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər
2021-ci ilin 10 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Ramazan bayramı münasibətilə universitetin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun ailələrini ziyarət ediblər. Ailə üzvləri ilə görüşlərdə MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Ariz Abbasov qəhrəman şəhidlərimizin tarixi zəfərin qazanılmasında […]