Magistratura imtahanlarına hazırlıq prosesi
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olmaq istəyən namizədlər üçün elektron formatda sınaq imtahanı təşkil edib. DİM-dən verilən məlumata görə, imtahan Bakı şəhərində Mərkəzin elektron imtahanlar korpusunda, həmçinin Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran və Xaçmaz şəhərlərində yerləşən regional bölmələrin inzibati binalarında keçirilib. Naxçıvan şəhərində isə sınaq imtahanı […]