Browsing category

Elm və təhsil

Mingəçevir Dövlət Universitetinin Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinə kitablar hədiyyə edilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinə (TVİM) “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən vətənpərvərlik və tarixi Zəfər mövzusunda, qəhrəman zabit və əsgərlərimizə həsr olunan 38 kitab və 4 sənədli filmin video diskləri hədiyyə edilib. Hədiyyələr 2021-ci ilin 14 sentyabr tarixində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun […]

Mingəçevir Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı layihə uğurla davam etdirilir

Mingəçevir Dövlət Universiteti (MDU), ABŞ-ın Azərbaycandakı Səfirliyi və “Resource Hub”-ın birgə tərəfdaşlığı ilə təşkil edilən “Bu gün hərəkət et, sabah dəyiş” adlı ingilis dilinin tədrisi layihəsi çərçivəsində 2021-ci ilin 15 sentyabr tarixindən etibarən tələbələr üçün nəzərdə tutulmuş təlimlərə start verilib. Bundan əvvəl, sentyabrın 9-da MDU-da layihədə iştirak edəcək tələbələrlə görüş keçirilib. Görüşdə “Resource Hub” platformasının […]

Bu ilin sentyabr ayından 7 saylı məktəbdə peşə təhsilli sinif də olacaq

Mingəçevirdəki R.Mirabov adına 7 saylı tam orta məktəbdə bu ildən aşpaz köməkçisi və İT üzrə peşələr də tədris ediləcək. Məktəbin direktoru Anar İsmayılovun dediyinə görə, məqsəd şagirdləri orta təhsil bazasında peşə təhsilinə və əmək bazarına hazırlamaqdır: “20-22 şagirddən ibarət  bir sinif fəaliyyət göstərəcək. Onlar həftənin iki günü peşə təlimlərinə, 3 günü isə ümumtəhsil fənlərinə cəlb […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılış mərasimində iştirak ediblər

2021-ci ilin 10 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və müəllim kollektivi üzvü universitetin 44 günlük Vətən Müharibəsində şəhid olan məzunu Nəcəfli Oruc Rövşən oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışında iştirak ediblər. Şəhidin ailə üzvləri, döyüş yoldaşları və qazilərin, universitetin kollektiv üzvləri və şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi açılış mərasimində MDU-nun qəhrəman məzununun […]

Mingəçevir Dövlət Universitetində təhsil və sənaye əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

2021-ci ilin 7 sentyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir Peşə Məktəbi (MPM) və “Azmade Group” MMC arasında üçtərəfli təhsil və sənaye əməkdaşlığı formatı çərçivəsində işçi qaydada növbəti görüş keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən görüşdə universitet və peşə məktəbi tərəfindən “Azmade Group” MMC-nin müxtəlif sənaye sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərinə ünvanlanmış […]

Mingəçevir Dövlət Universitetində “Mural art” layhəsi reallaşdırılıb

2021-ci ilin 9-10 sentyabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Education Hub-ın təşəbbüsü ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan keyfiyyətli təhsili simvolizə edən “Mural art” layihəsi həyata keçirilib. MDU, Gənclərin İnkişafı və Karyera Mərkəzi və Şərqi Avropa Təhsil Şəbəkəsinin birgə əməkdaşlığı formatında reallaşdırılan layihə dünya şöhrətli azərbaycanlı alim, süni zəka araşdırmaçısı, Kaliforniyadakı Berkeley Universitetinin kompyuter […]

Mingəçevir Dövlət Universitetində könüllü gənclərlə görüş keçirilib

2021-ci ilin 1 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində ali təhsil müəssisələrinə qəbul zamanı ixtisas seçimində abituriyentlərə dəstək göstərən könüllü gənc əməkdaşlardan ibarət komanda üzvləri ilə görüş keçirilib. Görüşdə universitetin tanıtımı, abituriyentlərin maarifləndirilməsi və düzgün yönləndirilməsi işinə töhfə verdiklərinə görə gənclərə təşəkkürünü bildirən MDU-nun rektoru Şahin Bayramov ali təhsil müəssisələrinin çevik və effektiv fəaliyyətində könüllülük işinin […]

Bölgə gənclərinin “Kür Məcarəsi” uğurla yekunlaşıb

Avqustun 27-dən 29-dək 2 gecə 3 gün olmaqla Mingəçevir Uşaq Gənclər-İdman Şahmat Məktəbinin Avarçəkmə bölməsinin ərazisində “Kür Məcarəsi” adı ilə düşərgə təşkil olunub.  Düşərgəyə 7 bölgədən 20-dən çox gənc qatılıb. Onlar “Biz niyə burdayıq”, “Çadırqurma”, “Avarçəkmə”, “Balıqtutma”, “Skautinq”, “Layihələrin idarə olunması”, “Üzgüçülük” və digər təlimlərə, “Kod Da Vinci”, “NHN” “Nişançı” kimi oyunlara cəlb olunublar. Bu […]

Mingəçevir Dövlət Universitetinin tələbələri “Yay Təcrübə Proqramı”nı uğurla başa vurublar

Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir Peşə Məktəbi (MPM) və “Azmade Group” MMC şirkəti arasında üçtərəfli əməkdaşlıq formatı çərçivəsində Zəyəm Texnologiyalar Parkında (ZTP) təşkil edilmiş “Yay Təcrübə Proqramı” uğurla başa çatıb. 2021-ci ilin 31 avqust tarixində hər iki təhsil müəssisəsinin rəhbərləri təcrübə proqramında iştirak etmiş universitet və peşə məktəbinin tələbələri ilə görüşüblər. Görüşdə proqramı müvəffəqiyyətlə başa […]

Mingəçevir Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı layihəyə start verilib

2021-ci ilin 30 avqust tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ABŞ-ın Azərbaycandakı Səfirliyi və “Resource Hub” ilə tərəfdaşlıq çərçivəsində “Bu gün hərəkət et, sabah dəyiş” adlı ingilis dilinin tədrisi ilə məşğul olan müəllimlərin inkişafı layihəsinə start verilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən layihənin açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, iştirakçıları salamlayıb […]