Mingəçevir Dövlət Universitetində İctimai Nəzarət Şurasının növbəti iclası keçirilib
2021-ci ilin 6 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İctimai Nəzarət Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov yeni tədris ilinin başlanması münasibəti ilə Şura üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində uzun fasilədən sonra ənənəvi təhsilin bərpa olunduğunu bildirən rektor […]