Browsing category

Elm və təhsil

Mingəçevir Dövlət Universitetində “Pedaqoji kadrların peşəkar inkişafı” layihəsinə start verilib

30 Oktyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və “T-Network” – təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının birgə təşkilatçılığı ilə “Pedaqoji kadrların peşəkar inkişafı” layihəsinə start verilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən layihənin açılşında çıxış edən MDU-nun dekan müavini Cəlil Bağırov layihənin məzmunu, əsas məqsədləri, təlim modulları və təlimçilər haqqında ətraflı məlumat verib və layihənin […]

Mingəçevir Dövlət Universitetində türkiyəli professorların iştirakı ilə elmi-praktiki seminar keçirilib

2021-ci ilin 30 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Ali təhsil müəssisələrində elmi fəaliyyətin təşkili: Türkiyə universitetlərinin təcrübəsi” mövzusunda elmi-praktiki seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda MDU-nun akademik heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. Seminara moderatorluq edən MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev son dövrdə universitetdə […]

Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə məktəb idarəetməsi təlimləri uğurla başa çatıb

2021-ci ilin 29 oktyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Məktəb idarəetməsi və post-pandemiya dövründə orta məktəb təhsili: metodoloji və psixoloji nüanslar” adlı beş günlük təlim proqramı uğurla başa çatıb. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən təlimlərdə Mingəçevir şəhər ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri […]

Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib

2021-ci ilin 28 oktyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üçün qəbul edilmiş birgə fəaliyyət planına uyğun olaraq reallaşdırılan “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə keçirilib. Mühazirədə hər iki universitetin professor-müəllim heyəti üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil […]

Mingəçevir Dövlət Universiteti Kiyev Milli Texnologiya və Dizayn Universiteti ilə əməkdaşlığa başlayıb

2021-ci ilin 29 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Ukraynaya səfəri çərçivəsində Kiyev Milli Texnologiya və Dizayn Universitetində (Kyiv National University of Technologies and Design – KNUTD) olub. MDU rektorunu salamlayan KNUTD rektoru İvan Qrişenko Azərbaycan ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Ötən il 90 illik yubileyi qeyd edilən […]

Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universitetinin 115 illik yubileyində təmsil olunub

28 oktyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Kiyev Milli İqtisadiyyat Universitetinin (KNEU) 115 illik yubiley mərasimində iştirak edib. Yubileydə Ukraynanın baş nazirinin birinci müavini və İqtisadiyyat naziri, Elm və Təhsil nazirinin müavini, Mərkəzi Bankın və digər çoxsaylı dövlət qurumlarının nümayəndələri, xarici və yerli universitetlərin rektorları, özəl şirkətlərin rəhbərləri və  universitetin […]

Mingəçevir Dövlət Universiteti və “Azərbaycan İES” arasında əməkdaşlıq uğurla davam etdirilir

27 oktyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Energetika kafedrasının müdiri Ülkər Aşurova, Mexanika kafedrasının müdiri Mahir İsmayılov, İqtisadiyyat və idarəetmə fakultəsinin dekan müavini Cəlil Bağırov “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynovla görüşüblər. “Azərbaycan İES” MMC-nin Tədris Mərkəzinin koordinatoru Yeganə Abdullayeva da görüşdə iştirak edib. Görüşdə əməkdaşlığın potensial istiqamətləri barədə fikir mübadiləsi aparılıb və […]

Mingəçevir Dövlət Universitetində “Müasir Azərbaycan dili: reallıqlar, problemlər və çağırışlar” mövzusunda elmi seminar keçirilib

27 oktyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Müasir Azərbaycan dili: reallıqlar, problemlər və çağırışlar” mövzusunda elmi seminar keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda universitetin professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər. MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərovanın moderatorluğu ilə keçirilən elmi-praktiki seminarda proqrama daxil olan məruzələr haqqında […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşı gənclər üçün təlimlərdə iştirak edib

23 oktyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqogika və psixologiya” kafedrasının müəllimi Nərgiz Niftəliyeva Mingəçevir Gənclər Evində psixoloq Seymur Səfəralıyev ilə birlikdə gənclər üçün “Empatiya” mövzusunda təlim keçiblər. Təlim zamanı gənclərə empatiyanın mahiyyəti, zəruriliyi və formaları barədə məlumat verilib, müxtəlif praktiki tapşırıqlar yerinə yetirilib və mövzu ilə bağlı gəncləri maraqlandıran suallar cavablandırılıb Qeyd […]

Mingəçevir Dövlət Universiteti şəhid Yasən Əhmədovun xatirəsini anıb

2021-ci ilin 23 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi Yunis Əhmədlinin atası Yasən Əhmədovun şəhadətə yüksəlməsinin bir ili tamam olub. Bu münasibətlə, MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM)  təşkilatçılığı ilə universitetin bir qrup tələbə və müəllim heyəti üzvü Mingəçevir Şəhidlər xiyabanında qəhrəman şəhidin məzarı üzərinə gül dəstələri düzüb və onun əziz xatirəsini böyük ehtiramla […]