Browsing category

Elm və təhsil

9 və 11-ci sinif şagirdləri üçün əlavə buraxılış imtahanı keçiriləcək

2025-ci ilin buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün əlavə imtahan sentyabrın 7-də keçiriləcək. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edə bilməyən şagirdlər də imtahan verəcəklər. İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan […]

Abituriyentlər üçün ixtisas seçimi davam edir

Ali məktəblərin vakant yerlərinə və 11 illik orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi prosesi davam edir. Son müraciət tarixi 2 sentyabr saat 23:59-dur. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Qeyd olunub ki, seçim hüququ olan abituriyentlər 20-dək ixtisas kodunu müəyyən edib, onları istədikləri ardıcıllıqla elektron ərizəyə daxil etməli və […]

MİQ namizədləri üçün son şans

Müəllimlərin işə qəbulu (MİQ) müsahibə mərhələsində uğur qazana bilməyən namizədlərin apellyasiya müraciətlərinin qəbulu sentyabrın 1-i saat 18:00-da yekunlaşacaq. Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb. Bildirilir ki, apellyasiya müsahibələri onlayn formatda təşkil olunacaq. Namizədlər şəxsi səhifələrinə daxil olaraq elektron poçt ünvanlarını düzgün qeyd etməli və göndərilən link vasitəsilə müsahibədə iştiraklarını təsdiq etməlidirlər. Elektron […]

9 illik bazadan kolleclərə qəbul üçün yeni seçim mərhələsi başladı

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 29-dan sentyabrın 3-dək ixtisas seçimi elan edib. Bu barədə qurum rəsmi məlumat yayıb. Məlumata görə, müsabiqədə iştirak üçün abituriyentlərin qəbul imtahanında topladıqları ümumi balın 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balın 20-dən, riyaziyyat […]

Boş qalan plan yerləri üzrə ixtisas seçimi başlayır

Avqustun 28-dən sentyabrın 2-dək ali təhsil müəssisələrinin boş qalan yerləri üçün ixtisas seçimi həyata keçiriləcək. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, builki qəbul planı 96,27 faiz dolub. Bu mərhələdə əsas diqqət seçimlərin düzgün aparılmasına yönəlir. Təhsil eksperti Səbuhi Abdullayev bildirib ki, burada iki yanaşma ön plana çıxır: biri ali məktəbə qəbul olmaq istəyənlər, digəri isə yalnız […]

Prezident təqaüdü bu ildən 350 manat təşkil edəcək

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul prosesi yekunlaşıb və imtahanların nəticələri açıqlanıb.Bu il keçirilən qəbul imtahanlarında 5 mindən çox abituriyent 600-dən yuxarı bal toplasa da, onlardan bəziləri seçdikləri ixtisaslara qəbul ola bilməyiblər. Ən yüksək nəticə göstərən tələbələr isə ənənəvi olaraq Prezident təqaüdünə layiq görüləcəklər. Xatırladaq ki, Prezident təqaüdü 2001-ci ildə qəbul edilmiş sərəncama əsasən hər il […]

Peşə təhsilində yeni mərhələ başladı

2025/2026-cı tədris ili üçün peşə təhsil müəssisələrinə qəbulun ikinci mərhələsinə avqustun 26-da start verilib. Bu mərhələ yalnız birinci raunddan sonra boş qalan plan yerlərini əhatə edir və sənəd qəbulu sentyabrın 2-si saat 18:00-da başa çatacaq. Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına görə, abituriyentlər müraciətlərini www.portal.edu.az üzərindən onlayn qaydada təqdim edə bilərlər. Müsabiqədə həm ümumi, həm […]

Universitetlərdə 3 mindən çox boş yer qaldı

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində ümumilikdə 88 min 756 nəfər iştirak edib. Onlardan 57 min 236 nəfər (o cümlədən 6461 subbakalavr) tələbə adını qazanıb. Nəticələrə görə, universitetlərdə 3 min 100-dən artıq boş yer mövcuddur. Qruplar üzrə vəziyyət belədir: I qrup – 20 385 yerdən 18 432-si dolub, 1953 boş yer qalıb. II qrup – […]

Ali məktəblərə qəbul nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbulun nəticələrini açıqlayıb. İmtahanda iştirak edən 88 mindən çox abituriyentdən 57 min 236 nəfər (onlardan 6 min 461 nəfəri subbakalavr) tələbə adını qazanıb. Qəbul olunanların 27 min 956 nəfəri dövlət sifarişi, 29 min 280 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. Nəticələr DİM-in rəsmi saytında, […]

Rus bölmələrində tədris dili ilə bağlı yeni qərar

Yeni dərs ilindən məktəblərdə daha bir dəyişiklik tətbiq ediləcək. Tədris dilindən asılı olmayaraq, bütün V və VI siniflərdə “Azərbaycan tarixi” fənni yalnız dövlət dili – Azərbaycan dilində tədris olunacaq. Bu barədə qərar elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmr əsasında qüvvəyə minib. Qeyd edək ki, indiyədək digər dillərdə tədris olunan siniflərdə bu yenilik yalnız […]