Browsing category

Elm və təhsil

Buraxılış imtahanı ölkə üzrə təşkil edildi

DİM tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı təşkil edib. Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 bina və 4311 imtahan zalı ayrılıb. Prosesin idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılış rejimi əməkdaşı (mühafizə) və 236 bina nümayəndəsi cəlb edilib. İmtahanda 52 nəfər […]

Sabah 11 illik təhsil üzrə buraxılış imtahanı keçiriləcək

Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı ilin ilk buraxılış imtahanı təşkil olunacaq. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, imtahan saat 11:00-da başlayır. İmtahana giriş saat 10:45-də başa çatır və bu vaxtdan sonra gələn iştirakçılar binaya buraxılmır. Şagirdlərin rahat daxil olması üçün hər iştirakçıya fərqli giriş vaxtı təyin edilib və bu məlumat buraxılış […]

Sənəd qəbulu başa çatdı

Ali təhsil müəssisələri ilə yanaşı, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbul prosesi yekunlaşıb. Ərizə qəbulu zamanı həm cari ilin, həm də əvvəlki illərin məzunları iştirak edib. Ümumilikdə, 133 389 abituriyent qeydiyyatdan keçib. Ali təhsil müəssisələri üzrə Azərbaycan bölməsində 120 671, rus bölməsində isə 12 718 […]

Təhsil sahəsində yeni mərhələ

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan müəllimlərin sertifikasiya prosesi iki mərhələdən ibarət olacaq. Bu barədə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin rəhbəri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərin müzakirəsi zamanı məlumat verib. Onun sözlərinə görə, müəllimlərin ilk attestasiyasının keçirilməsi üçün təxminən 150–200 min […]

Ali və orta ixtisas təhsili üçün ərizə qəbulu başa çatdı

Ali təhsil müəssisələri və həm tam (11 illik), həm də ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas məktəblərinə ərizələrin qəbulu başa çatıb. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) rəsmi məlumat yayıb.Məlumatda bildirilir ki, ərizə qəbulunda həm cari il, həm də əvvəlki illərin məzunları iştirak edib.Ərizə verənlərin sayı ilə DİM-in rəsmi saytında yerləşdirilən statistika bölməsində […]

Martın 9-da 58 mindən çox şagird buraxılış imtahanı verəcək

Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanında 58 138 şagirdin iştirakı nəzərdə tutulur. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. İmtahan Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami və Pirallahı rayonlarında, həmçinin Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, […]

Qəbul üçün son günlər

Ali təhsil müəssisələrinə (11 illik təhsil bazasında) və ümumi orta təhsil (9 illik) əsasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün elektron ərizələrin qəbulu fevralın 18-dən start götürüb və martın 5-dək davam edəcək. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, prosesdə həm bu ilin, həm də əvvəlki illərin məzunları iştirak edə bilərlər. Hazırda ali və orta ixtisas təhsili […]

77 məktəbə direktor seçimi başlayıb

Direktor vəzifəsi vakant olan 77 dövlət ümumi təhsil müəssisəsinə rəhbər vəzifəsinə qəbul üzrə elektron sənəd qəbulu mərhələsinə bu gün saat 11:00-dan start verilib. Namizədlər martın 6-sı saat 17:00-dək https://miq.edu.az/direktor ünvanı vasitəsilə onlayn qeydiyyatdan keçə bilərlər. Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, xüsusi proqram təminatı üzərindən müsabiqə yolu ilə təşkil olunur. Müsabiqə iki mərhələdən […]

Kolleclərə qəbul prosesi başlayır

Bu gündən etibarən orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu start götürür. 9 və 11 illik təhsil bazası üzrə kolleclərə qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı (ərizə qəbulunun birinci mərhələsi) fevralın 18-dən martın 5-dək davam edəcək. Dövlət İmtahan Mərkəzi tərəfindən 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanları üç zona üzrə aprelin 5-i, 12-si və […]

Magistratura imtahanlarının nəticələri elan edildi

Dövlət İmtahan Mərkəzi (DİM) 15 fevral 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb. İmtahan qapalı və kodlaşdırıla bilən açıq tipli 95 tapşırıqdan ibarət olub. Nəticələrlə buradan tanış olmaq mümkündür. Bakalavrlar həmçinin nəticələri mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə öyrənə bilərlər. Bunun üçün “iş nömrəsi”ni 7727 nömrəsinə göndərmək kifayətdir. Xarici dil […]