Sərnişinlərin söhbəti
İsti yay günü idi. Sərnişinlər 7 nömrəli marşrut avtobusuna əyləşib, avtobusun getməsini gözləyirdilər. Bu zaman avtobusa hündürboylu, iri cüssəli ağsaqqal bir kişi yaxınlaşdı və soruşdu: -A bala, tərpənmirsən? -Hə, əmi, tez ol, min! -deyə sürücü ağsaqqalı tələsdirdi. -Hə-ə, onda kömək elə, minim! – deyib ağsaqqal əlləri ilə maşının girəcəklərindən tutub, bizim köməkliyimiz ilə bir qədər […]