Browsing category

Ədəbiyyat

Sultan Ramazan

Sən gəldin haqq gəlir elə-obaya   Ayların sultanı həm də tacısan. Müqəddəs aylara yaxın bacısan. Haqqa şirin,imansıza acısan, Sən ey insanlığın özü Ramazan.   Min illərdən,tarixlərdən gəlmisən, Neçə insanlara sevinc vermisən, Bu dünyada haqsızlıqlar görmüsən, Müsəlmanın nizamısan Ramazan.   Sənin gəlişinnən ellər sevinir, Hər evdə halallıq yeri bilinir, Hər kəsdə Allaha inam görünür, Qəlblərə inamı […]

“Qəfil döyülən qapı”

Yazıçılar Birliyinin üzvü, yazıçı  Camal Zeynaloğlunun yeni “Qəfil döyülən qapı” kitabı oxucuların ixtiyarına verilib. Kitabda “Qəfil döyülən qapı” povesti ilə yanaşı yazıçının bir sıra oçerkləri də yer alıb. Bu müəllifin sayca 16-cı kitabıdır. İstedadlı bir yazıçı kimi Camal Zeynaloğlunun mövzu dairəsi genişdir.  Camal Zeynaloğlu  zamanın nəbzini tutan, yazıçı-publisist, tərcüməçi-psixoloq kimi öz əsərləri ilə ədəbiyyatımıza yeniliklər gətirən […]

MDU Samir Zəngəzurlunun “Kədərinə vəfalı” çıxdı

Mingəçevir Dövlət Universitetində gənc yazar, şair-publisist Samir Zəngəzurlunun “Kədərinə vəfalı” adlı yeni kitabının təqdimat mərasimi keçirilib. MDU-nun rektoru Akif Hacıyev ləyaqətli  ömür yaşayan Samirin həm də layiqli əsərlər yaratdığını diqqətə çatdırıb. MTK-nın direktoru Əyyub Əyyubov,  MDU-nun kafedra müdiri Mayıl İsmayılov, Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı,  psixoloq İlhamə İsmayılova,  “Mingəçevir leysanı” jurnalının, “Azərbaycan işıqları” və […]

Nəsib Bayramoğlunun “Qəribə dünya” kitabının təqdimatı olub

Bu sözləri noyabrın 20-də AMİ və AYB-nin yerli təşkilatlarının təşəbbüsü ilə “Qəribə dünya” kitabının təqdimatı zamanı Rasim Şükürov deyib. Azərbaycan Müəllimlər İnsititutu Mingəçevir filialının direktoru qeyd edib ki, bədii yaradıcılığına keçən əsrin 60-cı illərindən başlayan Nəsib Bayramoğlu \”Boyunduruq\”, \”Arı və demokratiya\”, \”Mingəçevirdə qalan ömür\”, \”Yuvalar\”, \”Tənha məzar\” kitablarının müəllifidir, AYB və AJB-nin üzvüdür. Kitab haqqında […]

Ədəbiyyat arı pətəyi kimi bir şeydir, haram götürmür

Yazı istedadı olmayan adamdan yazar düzəltmək istilikxana şitili yetişdirməyə bənzəyir Qısa arayış: 1975-ci ildə Kəlbəcərdə doğulub. Gəncə Dövlət Universitetinin filologiya, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Aran bölgəsi üzrə təmsilçisidir. 2013-cü ildə birliyin “Türk dünyasına xidmət” ödülünü alıb. “Söz odası” regional ədəbiyyat […]

“Mənim lənətlənmiş dünyam”

Aprelin 27-də Bakıda, “Prezident kitab evində” Ziya Səfərbəyovun “Mənim lənətlənmiş dünyam” kitabının təqdimatı keçirilib. Təqdimatda ziyalılar, jurnalistlər, tələbələr iştirak ediblər. Əməkdar təhsil işçisi Firuzə Səmədova, tanınmış jurnalist Solmaz Əmirli, tələbə Ülvi Hüseynov və başqaları əsərin məziyyətlərindən danışıblar. Həmçinin kitabdan müəyyən hissələr oxunub. Təqdimatda ABŞ-ın Reklayfing nəşriyyatı ilə Ziya Səfərbəyov arasında müqavilə bağlanılması haqqında da məlumat […]

Ölümqabağı sevinc hissi

Səhər idmanından sonra kimi su kranlarında əl üzünü yuyur, kimi silahını təmizləyir, kimi də hərbi hissənin həyətində iki bir, üç bir gəzinirdi. Birdən rabitə otağının qapısı açıldı. Növbədə olan rabitəçi dışarı çıxaraq, komandirin otağına doğru qaçdı. Qapını döymədən içəri daxil oldu. Komandir yorğun nəzərlərlə qəfil içəri girən əsgəri süzməyə başladı. Gözlərinin qızartısı və əzgin baxışları […]

Fəxrəddin Sofulunun yaradıcılığından

“Sona bülbüllər”i kim oxuyacaq? (Xalqımızın səs yaddaşında əbədi yeri olan, müqtədir muğam ustası, xalq artisti Qədir Rüstəmovun əziz xatirəsinə) Ellərin sinəsin dağladı bu səs, Coşğun şəlalə tək çağladı bu səs, Uşaqdan-böyüyə hamı deyir: bəs, “Sona bülbüllər”i kim oxuyacaq? “Sona bülbüllər”in yuvası qəfəs, Onları isitməz bir ayrı nəfəs, “2011”-in sonu gəldi nəhs, “Sona bülbülləri”kim oxuyacaq? Xalqımız […]

Azərbaycançılıq – Türkçülük birliyi

Əski sovet rejimi, imperiya üsul idarəsi çağlarında belə zamanın üzünə dik baxan, onu mətanətlə üstələyən Asif Əfəndiyev yaratdığı inamı bəşərə Asif Ata kimi qaytarır. Dünyanın mənasını dünyadan artıq, təbiətin mənasını təbiətdən artıq, insanın mənasını insandan artıq dəyərləndirən əbədi yaşar filosof inamını Zərdüştlə, Nəsimi ilə müqayisə etmək olar, ancaq tənləşdirmək mümkün deyil. Çünki Asif Ata özünəməxsus […]

Sərnişinlərin söhbəti

İsti yay günü idi. Sərnişinlər 7 nömrəli marşrut avtobusuna əyləşib, avtobusun getməsini gözləyirdilər. Bu zaman avtobusa hündürboylu, iri cüssəli ağsaqqal bir kişi yaxınlaşdı və soruşdu: -A bala, tərpənmirsən? -Hə, əmi, tez ol, min! -deyə sürücü ağsaqqalı tələsdirdi. -Hə-ə, onda kömək elə, minim! – deyib ağsaqqal əlləri ilə maşının girəcəklərindən tutub, bizim köməkliyimiz ilə bir qədər […]