Payız ömrü
Hər payızın gözü yaşlı günü var, Yarpaqları damcı-damcı tökülər. Ayrılığın dəmi yaman tünd olar Ayılanda gözlər yola dikilər. Gedən gəlməz, payız həsrət rəmzidi, Səadətlər qaranquştək köç edər. Doqquz ayın sevgi dolu ömrünü Payız gələr bir gecədə heç edər. Unudulmaz payız ömrü insanın, Hər sağılığın son badəsi payızdı. Nakam qalmış məhəbbətin, seviginin, Hırçın-hırçın ifadəsi […]