Finlandiya 2026 Paralimpiya Oyunlarının açılış mərasimini boykot edəcək
Finlandiya 2026-cı ildə İtaliyada keçiriləcək Paralimpiya Oyunlarının açılış mərasimində iştirakdan imtina edib. Bu barədə ölkənin Paralimpiya Komitəsinin sədri Sari Rautio açıqlama verib. Onun sözlərinə görə, qərar açılış mərasiminə milli simvollarla qatılacaq Rusiya idmançılarının dəvət olunması ilə bağlıdır. Rautio bildirib ki, Finlandiya bu addımla Beynəlxalq Paralimpiya Komitəsinin Rusiya idmançıları ilə bağlı mövqeyinə etirazını nümayiş etdirmək istəyir. […]